azia.az
azia.az

Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)

10-05-2016, 20:10

Zərdab rayon fermerləri aclığa başladı (VİDEO) Zərdab rayonu fermerləri tərəfindən
MÜRACİƏT


Biz fermerlər Zərdab Rayon İcra başçısı Lütvəli Babayevin özbaşınalığına, qanunsuz əməllərinə etiraz olaraq aclıq aksiyasına başlamışıq.Biz uzun illərdi ki, burada qış otlaq sahəsindən qanunu icarə müqaviləsi ilə qoyunçuluqla məşğul olub dövlətə vergi ödəyib xeyir veririk.İndi isə Zərdab rayon icra başçısı Lütvəli Babayev saxtakarlıq edib prezidentin tapşırığı var fermer təsərrüfatlarını ləğv edib yerində pambıq əkiləcək buradan çıxmalısınız.İki gündür polisləri, texnikaları və icra hakimiyyətinin işçilərini töküb bizim qoyun yataqlarına ki, buradan çıxmalısınız yer şumlanacaq.Bu cinayət əməlidir ki, icra başçısı Lütvəli Babayev törədir.Pambıq əkmək üçün icra başçısı və qohumlarının qanunsuz əldə etdikləri minlərlə hektar torpaq sahələri var ki, boş saxlanılır, bəzilərin də isə ancaq özlərinə məxsus sürü ilə mal-qaralarına yonca əkirlər.Lütvəli Babayev əgər dövləti düşünürsə elə həmin özünə məxsus olan boş saxladığı münbit torpaq sahələrində pambıq əkdisə çox yaxşı olar.Siz ki, dövlətə heç bir vergi vermirsiniz ancaq öz mənafeyinizi güdürsünüz.Belə pambıq əkilmir, mövcud olan 50-60 ilin fermer təsərrüfatını məhv edib yerində pambıq əkmək heç bir qanuna. məntiqə sığmır ki, bu ağılsızlığı Lütvəli Babayev edir.Əlimizdə icarə müqaviləsi sənəd var.Otlaq sahəsinin əkilməsi yolverilməzdi.Zərdab rayon ərazisində pambıq əkmək üçün minlərlə hektar boş və münbit torpaq sahələri var.Sadəcə olaraq icra başçısı bizdən istədiyi pulu almaq üçün bunu edir.İnanırıq ki, Prezident cənab İlham Əliyev bu qanunsuzluğun qarşısını dərhal alacaq və saxtakar icra başçısı Lütvəli Babayevin barəsində qanunu tədbirlər görəcək.Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Lütvəli Babayev öz yaxın qohumu olan Anar Kərimov adlı şəxsin adına saxta icarə müqaviləsi bağlatdırıb çirkin oyunlara əl atıb bizim qış otlaq sahəmizi əlimizdən almaq istəyir.Biz ləzgi milləti olsaqda Azərbaycanda doğulmuşuq. Azərbaycan vətəndaşlarıyıq. Azərbaycan bizim doğma yurdumuzdur. Azərbaycan tolerant ölkədir.Prezident cənab İlham Əliyev 2016-cı ili multukulturizm ili elan edib.Ancaq Lütvəli Babayev isə 2016-cı ili pul var-dövlət talamaq ili elan edib bizi əzir.Lütvəli Babayev qanunsuz fəaliyyəti ilə rayon sakinlərini bezdirib.Uzun müddətdir bu vəzifədədir rayonun yolları təmiz yararsız hala düşüb,rayonda heç bir abadlıq işləri aparılmır. ancaq talançılıqla məşğul olur.Minlərlə hektar torpaq sahələrini özü və yaxınları inhisara alıb boş saxlayıb əkmirlər.İndi bizə məxsus 60 hektar otlaq sahəsinə göz tikməsi onun hansı cür adam olmasını aydın göstərir.Biz bu barədə Prezidentə, digər orqanlara ərizə ilə müraciətlər etmişik.Mətbuat vasitəsi ilə Prezidentə müraciət edib xahiş edirik minlərlə hektar torpaq sahəsini özü və qohumları zəbt edib əkməyib boş saxlayan icra başçısı Lütvəli Babayevin barəsində qanunu tədbirlər görüb imkan verməyəsiniz ki bizim 60 hektar otlaq sahəmizi əlimizdən alsın.Xahiş edirik bizə kömək edin.
Bu barədə "Zərdab rayon Fermerləri" adlı video çəkliş youtub-da yerləşdirilib.
Əlaqə telefonu; 050 671-12-76
1)Muştaqov Qədir Əliyəddin oğlu
2) Kəlbiyev Kəlbi Şahmurad oğlu
3) Babayev İlham Cəlal oğlu
4) Babayev Tural Məhəmməd oğlu
5) Balakişiyev Rəfail Ziyaddin oğlu
6) Muştaqov Xanəhməd Əliyəddin oğlu
7) Ağaşirinov Valeh Valeh oğlu
8) Balakişiyev Fəzal Ziyaddin oğlu
9) Cəlalov Mikayıl Şiraılı oğlu
10) Mahmudov Tehran Cəmaləddin oğlu



Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)Zərdab rayon fermerləri aclığa başladı (VİDEO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi