"Bloomberg" dünyanın ən varlı ailələri reytinqini açıqlayıb.
Azia.az xəbər verir ki, dünyanın ən varlı ailələri aşağıdakılardır:
- Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi olan "Walmart"ın sahibi Uolton ailəsi artıq 4-cü ildir ki, bu siyahıya başçılıq edir. Bu ailənin sərvəti 224,5 milyard dollar olaraq qiymətləndirilir.
- Qənnadı məmulatları və ev heyvanlarına qulluq məhsullarının istehsalçısı olan "Mars"ın sahiblərinin sərvəti - 160 milyard dollar;
- Amerikanın "Koch Industrues" neft-kimya korporasiyasının sahiblərinin sərvəti - 124,4 milyard dollar;
- Səudiyyə Ərəbistanının kral ailəsi "Al Saud"un sərvəti - 105 milyard dollar
- Fransanın "Hermes" moda evinin sahibləri "Erme"nin sərvəti - 94,6 milyard dollar ;
- Hindistanın "Reliance Industries" neft hasilatı və emalı holdinqinin sahibləri "Ambani" - 84,6 milyard dollar;
- "Chanel" moda evinin sahibləri "Wertheimer"in sərvəti - 79 milyard dollar;
- "Cargill" kənd təsərrüfatı şirkətinin sahiblərinin sərvəti - 65,2 milyard dollar;
- "Reuters" xəbər agentliyinin nəzarət paketinin sahibləri "Tompson"un sərvəti - 61,2 milyard dollardır.
Ümumilikdə "Bloomberg" reytinqinə 25 ailə daxildir."Margin.az"