azia.az
azia.az

 “Hermes-s” MMC şirkəti: uğurludur xidməti!

17-12-2019, 16:21

 “Hermes-s” MMC şirkəti: uğurludur xidməti!

Şirkətin rəhbəri Akif Fətullayev haqqında köhnə, yarımzirzəmi şəraitində olmuş evlərinin yerində tikilən binadan ev alan sakinlər nə dedilər?

...Bu gün tikinti şirkətləri barədə xoş söz söyləmək, mən deyərdim, çox risklidir. Ona görə ki, bir mənzili bir necə nəfərə satan, vətəndaşların pullarını mənimsəyib, binanın heç özülünü qazmayan dələduz şirkət rəhbərləri barədə qəzet və saytlarda “n” qədər tənqidi yazılar dərc edilib. Elə bizim “Təzadlar” qəzet və saytında da belə dələduz şirkət rəhbərləri haqqında yetərincə məlumat vermişik. Məsələn: “Meqa City- Holding” şirkəti barədə nəinki bizim qəzet və saytda, bəlkə də ölkəmizin bütün elektron və yazılı KİV-lərində faktlarla dolu tənqidi yazılar əksini tapıb. Elə bunların nəticəsidir ki, hazırda şirkətin 4 təsisçisindən 3-ü və şirkətin direktoru həbsdədir. Belə həbs olunan tikinti şirkətinin rəhbərləri olduqca çoxdur.

Elə ona görə də bu günlərdə redaksiyamıza “Hermes-S” MMC tikinti şirkətindən şikayət etmək üçün bir xanım gələndə, fikirləşdim ki, daha bir problemli şirkət rəhbəri ortaya çıxdı. Bu xanımın söhbətindən məlum oldu ki, Bayıl qəsəbəsi, Neftçi Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanda olmuş köhnə, yarımzirzəmi şəraitində olan evlərin yeri, yeni yaşayış binası tikmək üçün 3 il bundan əvvəl adı çəkilən şirkət tərəfindən alınıb və sakinlərlə də müqavilələr bağlanılıb. Həmin müqaviləyə əsasən bina tikilib təhvil verilənə qədər, şirkət evlərini aldığı sakinlərə hər ay 250-500 manat məbləğində kirayə pulu verir. Bu məbləğ mənzilin otaq sayına görə dəyişir. Evlər də tam təmirli şəkildə sakinlərə təhvil verilməlidir. Şikayətçi xanımla söhbətdən məlum oldu ki, müqaviləyə əsasən onun yarımzirzəmi şəraitində 26 kv.m olmuş mənzilinin əvəzinə, yeni binadan həmin sahədən az olmayaraq, mənzil təklif edilib. Hazırda mənzildə, xanımın da etiraf etdiyi kimi, təmir işləri gedir. Bəs narazılıq nədən ibarətdir? Xanımın bildirdiyinə görə, bir çox sakinlərə artıq kvadrat sahələr verildiyi halda, ona bu güzəşt şamil olunmur.

Şikayəti araşdırmaq üçün “Hermes-S” MMC şirkətinin rəhbəri Akif Fətullayevlə görüşdük. Tam səmimi bildirmək istəyirəm ki, bu görüşümdə yeni bir problemli şirkət rəhbəri ilə rastlaşacağımı düşünürdüm.
A.Fətullayevin məntiqli və səmimi danışığı istər-istəməz məndə maraq oyatdı. Qarşımda artıq adi bir tikinti şirkətinin rəhbərini yox, geniş dünyagörüşə malik insanın dayandığını gördüm. Bu nöqteyi-nəzərdən Akif Fətullayevə qarşı mənim daxilimdə bir rəğbət yarandı və inandım ki, bu adam heç vaxt yalan danışa bilməz. Elə ilk sualıma verdiyi məntiqli cavab da düşündüklərimi təsdiq etdi.

Belə ki, yeni yaşayış binalarında 26 kvm-lik birotaqlı mənzillərin olmadığını və nə səbəbdən belə alındığını soruşduqda, A.Fətullayev belə cavab verdi: “...Vətəndaşlara sökülmüş mənzillərinin sahəsindən az olmayaraq, yeni tikilmiş binadan mənzillər təklif olunmuşdur. Sizə şikayət edən xanımın xahişi ilə, ona 4-cü mərtəbədə yox, 6-cı mərtəbədə mənzil verilmişdir. Şirkət tərəfindən otağın da bəzi əşyalarla təmin edilməsi təklifinə baxmayaraq, xanım bunu qəbul etməmişdir. Biz bundan artıq neyləyə bilərik?”

Mən burada deməyə söz tapmadım ki, axı bu xanım, niyə və nədən narazıdır? Bir sözlə, məlum oldu ki, mənzil tikintisi haqqında qanuları və evlərin bölgü mexanizmini bilmədiyi üçün bu xanımın şikayəti tam əsassızdır.

Elə bu səbəbdən A.Fətullayevlə sağollaşıb getmək istəyirdim ki, bir necə nəfər ofisə daxil oldu. Onlar mənim jurnalist olduğumu və şirkətdən olan şikayətə görə bura gəldiyimi biləndə çiyinlərini çəkib xeyli təəccüb etdilər ki, belə şirkətdən də şikayət etmək olar? Maraq mənə güc gəldi, ona görə bu insanlardan xahiş etdim ki, şirkət və onun rəhbərliyi barədə öz fikirlərini mənimlə bölüşsünlər.

Məlum oldu ki, həmin insanlar yeni mənzillərində gedən təmir işləri ilə əlaqədar tez-tez bura gəlirlər və öz mənzillərinə baxmaq istəyirlər. Bəzən şirkət rəhbərliyi təmir vaxtı vətəndaşların arzu və istəklərini də nəzərə alır. Bu da mənim üçün tam yeni bir fakt idi. İstəyirəm söhbət etdiyim həmin insanları oxucularla da tanış edim. Düzdür, bəziləri şəkillərinin qəzetdə dərc olunmasını istəmədilər, amma fikirlərinin ictimailəşməsində problem görmədilər.

“Hermes-s” MMC şirkəti: uğurludur xidməti!“Hermes-S” MMC şirkətindən ağız dolusu danışan 1947-ci il təvəllüdlü İbrahimova Rəna Ənvər qızı çox maraqlı və ziyalı bir insan təsiri bağışladı.
 “Hermes-s” MMC şirkəti: uğurludur xidməti!

Məlum oldu ki, Rəna xanım keçmiş aktrisa imiş. Özü Xeroqrafiya məktəbini və Tibb texnikumunu bitirib. Aktrisa kimi isə, məşhur aktyor və rejissor SSRİ Xalq artisti Adil İsgəndrovun kursunu bitirib. Özü də “Sən niyə susursan”, “Cazibə qüvvəsi”, “Şir evdən getdi”, “Nəsimi” (burada rəqqasə rolunda olub) filmlərində rollara çəkilib. Azərbaycan Kinomotoqrafçılar İttifaqının üzvüdür. Rəna xanım sökülmüş mənzilinin sahəsindən az olmayaraq, ona verilən yeni mənzildən tam razı olduğunu bildirdi:” Bu şirkət hər ay bizim kirayə pulumuzu vaxtlı-vaxtında verir. Şirkət rəhbərliyi şəxsən kirayə qaldığımız mənzillərə də baş çəkir ki, görsün bizim hansısa problemimiz varmı? Vallah, mən bu şirkət rəhbərliyinin yaxşılıqlarının əvəzini necə çıxacam, bilmirəm. Evlərimizi yüksək səviyyədə təmir edirlər”.

Arabxanova Pərixanım Melikbeyovna da şirkətdən çox razıdır. Ona da 10-cu mərtəbədə mənzilinin sahəsindən artıq olaraq, yeni təmirli mənzil verilib. 1978-ci il təvəllüdlü Rəsulov Rövşən Şamil oğluna mənzilinin sahəsinə uyğun olaraq, 12-ci mərtəbədə yeni mənzil verilib: “...Şirkət və onun rəhbərindən yerdən göyə qədər razıyıq. Bizimlə maraqlanır, problemlərimizin olub-olmamasını soruşurlar. Evlərimiz də, şükür Allaha, yaxşı təmir olunur. Sağlıq olsun, martda öz mənzillərimizə köçməliyik”.

Rəcəbova Sevda Hacı-Ağa qızı da mənzilinin sahəsindən az olmayaraq, 12-ci mərtəbədə yeni mənzil alıb. Onun da şirkətdən razılığı var. Taranova Lyubov Alekseyevna da şirkətdən razı olan sakinlər sırasındadır. Onun da mənzilinin əvəzinə 11-ci mərtəbədə yeni mənzil verilib. L.Alekseyevna bildirdi ki, “Mən çox həssas adamam və insanları da yaxşı tanıyıram. Bu şirkətin rəhbərliyi hər bir sakinə çox həssaslıqla yanaşır. Çalışır ki, hamının qəlbini ələ alsın və buna nail olublar da. Biz onlardan çox razıyıq”.

“Hermes-s” MMC şirkəti: uğurludur xidməti!Həmin binanın 7-ci mərtəbəsində ev almış 1958-ci il təvəllüdlü Tahir Qara oğlu Kərimov da söhbətə qoşulur: “Qardaş, mənim mənzilim tam qəzalı vəziyyətdə idi, damına qır vurmaqdan yorulmuşdum.
 “Hermes-s” MMC şirkəti: uğurludur xidməti!
İndi mənzilimin sahəsindən artıq olaraq, yeni təmirli mənzil verilmişdir. Şirkət də mənzilimizi yüksək səviyyədə təmir elətdirir. Özünüz yaxşı bilirsiniz ki, bir çox tikinti şirkətləri vətəndaşa yalnız dörd divar verir. Evin təmiri təzə ev almaq kimi bir şey olur. Onu da bildirim ki, köhnə evlərdə qonşuluğumda yaşayan qızım Günel Kərimovaya da mənzilin sahəsindən az olmayaraq, 9-cu mərtəbədə yeni mənzil verilib. Qızım da yaradılmış şəraitdən xeyli razıdır. Həyat yoldaşım Fatma Musayevanın da adına elə həmin ünvanda ayrıca mənzili var idi. Ona da mənzilin sahəsindən az olmayaraq, 9-cu mərtəbədə yeni mənzil veriblər. Biz çox razıyıq”.

Yeri gəlmişkən, şirkətin ofisinə gələnləri ilk qarşılayan A.Fətullayevin köməkçisi Nuranə xanım olur. Nuranə xanım gələn hər bir sakinə o qədər həssaslıqla, diqqətlə və gülərüzlə yanaşır ki, adamlar bəzən niyə gəldiklərini belə unudurlar. Evinin vəziyyəti ilə maraqlanan hər bir sakinə qarşısındakı kompüter vasitəsi ilə bütün xırda detalları belə çox səbrlə çatdırır.

Artıq necə deyərlər, görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır. Indiki zamanda sakinləri nəinki razı salmaq, həm də onların qəlbini ələ alıb, dost ola bilmək, çox böyük hünərdir. İnanırıq ki, “Hermes - S” MMC şirkətinin rəhbərliyi bundan sonra da sakinlərlə belə işləməkdə davam edəcək və tikinti şirkətlərinə qarşı inamı bundan sonra da artıracaq. Bütün bunlara görə, A.Fətullayevə, Nuranə xanıma, şirkətin təsisçisinə və bütün kollektivinə təşəkkürümüzü bildiririk.

QEYD: Bütün bu gördüklərimizi yazacağımı bildirəndə A.Fətullayev etiraz etdi ki, “bu, bizim vəzifə borcumuzdur, nə qəhrəmanlıq etmişik ki? Hərə öz işini düzgün yerinə yetirsə, hamı razı qalar. Hörmətli Prezidentimiz cənab İlham Əliyev məmurlarla görüşündə dəfələrlə vurğulayıb ki, hər bir məmur xalqa xidmət etməlidir. Cənab Prezidentimiz abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına daim qayğı ilə yanaşır. Biz də prezidentin tövsiyəsinə əməl edərək xalqın qulluğunda dayanırıq”.

Hazırladı: Elçin MƏMMƏDLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi