azia.az
azia.az

Pekin Vaşinqtonu xəbərdar etdi – “O təyyarə ensə...”

1-08-2022, 14:38

Pekin Vaşinqtonu xəbərdar etdi – “O təyyarə ensə...”
“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsinin Tayvana enib-enməyəcəyi beynəlxalq aləmin diqqət mərkəzindədir. Pekin Vaşinqtonu xəbərdar edib ki, Pelosinin təyyarəsinin Tayvana enməsi halında qarşıdurma qaçılmazdır”.
Azia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.



Onun sözlərinə görə, Çin lideri Tsi Sinpin beynəlxalq aləmdə gərginliyin artdığına diqqət çəkərək ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib:



“Tsi Sinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Tsi Sinpin xarici təhdid haqqında danışarkən ilk növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil.

Tsi Sinpin mövcud vəziyyətdə ordunun peşəkar kardrlarla təmin olunması vacibliyini vurğulayıb. Sinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 il çatılması planlaşdırılır. Sinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalması vacibliyini də sözlərinə əlavə edib”.



Politolqun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır:



“ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam Çinin artan hədəflərindən narahatdırlar. Çinin Tayvan adasını ələ keçirmək planları da narahatlıq doğurur. Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir, sadəcə bunun nə zaman həyata keçiriləcəyi ilə bağlı hələ qərar verməyib. Pekin qarşısına belə bir hədəf qoyubsa ordusunu modernləşdirməli və müasir silahlar təhciz etməlidir. Tsi Sipinin “orduya cəlb olunanlar Kommunist Partiyasının siyasətinə sadıq qalmalıdırlar” fikri isə ona dəlalət edir ki, ordu komandanlığı partiyanın əmrlərini yerinə yetirməli və fərqli fikirlərə yer verilməməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi