Çin ordusu müharibəyə hazırlıq vəziyyətinə gətirildi
Çin Xalq Azadlıq Ordusunun rəhbərliyi Çinin 80-ci Birləşmiş Silahlı Qüvvələrinin yerli "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabında əsgərləri müharibəyə hazır olmağa çağırıb. Mesajda deyilir: “Müharibəyə hazırlaşın”. Xəbər verilir ki, Çinin 80-ci Ordusu Xalq Azadlıq Ordusunun hərbi birləşməsidir. Onun qərargahı Veifang şəhərində yerləşir. Bundan əvvəl Çinin Quanqdonq əyaləti sahillərində Cənubi Çin dənizində iki günlük hərbi təlimlərə başladığı bildirilib. Manevrlər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri daxil edə biləcəyi Asiya turunun başlaması fonunda baş verir.