ABŞ və Çin Tayvan üzərindən qarşı-qarşıya gələ bilərmi?
ABŞ və Çin Tayvan üzərindən qarşı-qarşıya gələ bilərmi?
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ay Tayvana ziyarət edəcəyi haqqında xəbərlər Vaşinqton-Pekin arasında münasibətləri gərginləşdirir.
Gözlənilən ziyarət son 25 ildə ilk yüksək vəzifəli amerikalı rəsminin Tayvan adasına səfəri ola bilər.Belə ki,1997-ci ildə Nümayəndələr Palatasının respublikaçı spikeri Niyut Qinqriç Tayvanın paytaxtı Taypeyi ziyarət etmişdi.Təbii ki,Qinqriçin Tayvan ziyarəti Çini o zaman da qəzəbləndirmişdi.
Nendi Pelosi Demokratlar partiyasını təmsil edir.Bundan əlavə,Bayden adminstrasiyasının Pelosinin Tayvan ziyarətinə münasibəti də birmənalı deyil.
Bildiyiniz kimi,Pekinin"Vahid Çin"ideologiyası var.ABŞ Çinin "Vahid Çin"ideologiyasına qarşı olmadıgını həmişə bəyan edib.ABŞ Çindəki avtoritarizmi,insan hüquqları kimi problemləri həmişə daha çox qabartmaga meyillidir.
Məsələ bundan ibarətdir ki,ABŞ Tayvanın suverenliyini tanımasa da,bu ölkəyə silah-sursat yardımı edir.Digər tərəfdən,Vaşinqton Pekinin "Vahid Çin"prinsipinə qarşı çıxmadıgını bəyan edir.
Dünən ABŞ prezidenti Co Bayden və Çin lideri Şin Cinpinq arasında baş tutan telefon danışıgında Pelosinin Tayvana səfəri müzakirə edilib.Ş.Cinpinq amerikala həmkarına "odla oynamamagı"deyib və bu səfərin qarşısının alınması üçün müəyyən addımlar atacagını bildirib.
Bəzi analitiklər düşünür ki,Vaşinqton Pekini Tayvan adasına hücuma təhrk edir.Məncə,indiki məqamda Çinin Tayvanı işgalı ABŞ-ın geopolitik maraqlarına cavab vermir.Düşünmək olar ki,Rusiyanın başını Ukraynada qatmaqla ABŞ bu dəfə də Çini Tayvan bataqlıgına cəlb etsin.
Əvvala,Ukrayna və Tayvan arasında ciddi fərqlər var.Tayvan iqtisadiyyatı Ukrayna ilə müqayisədə 3 dəfə böyükdür.Tayvan əhalisi isə Ukraynanın yarısı qədərdir.Tayvan eyni zamanda texnologiya,inkişaf etmiş müasir innovasiya mərkəzidir.
Dogrudur,Çin və Tayvan əhalisi "xan çinli"irqinə məxsusdur.Ancaq tayvanlılar kommunist çinlilərdən fərqli olaraq,daha çox liberal,müəyyən qədər də milliyətçidirlər.Və ən azından,Çindən fərqli olaraq,Tayvanda liberel domokratiya var.
Çin hal-hazırda Tayvana hücum etmək istəmir və daha çox "yumuşaq güc"siyasətindən istifadə edir.Lakin bu,o demək deyil ki,Çin ABŞ-a görə Tayvanı özünə birləşdirməkdən imtina edəcək.
ABŞ-dakı siyasi elita dərk edir ki,Ukraynadakı müharibənin davam etməsində Çinin də rolu var.Çin birbaşa Ukraynadakı müharibəyə cəlb olunmasa da,Rusiyadan idxal etdiyi enerji məhsullarının idxal həcmini artırmaqla,dolayısı yola Moskvanın apardıgı qanlı işgalı maliyyələşdirir.Şübhəsiz ki,amerikalılar da bunun fərqindədir və Çini Rusiyadan ayırmaq üçün müəyyən addımlar atırlar,atacaqlar.
ABŞ və Çin arasında maraqların toqquşdugu bur nöqtə də Yaxın Şərqdir.Bayden Səudiyyə Ərəbistanına getməmişdən qabaq demişdi ki,Yaxın Şərqi boş buraxmamalıyıq və əgər belə etsək,bizdən sonrakı boşlugu Çin,Rusiya dolduracaq.Hazırda Çin Səudiyyə Ərəbistanından ən çox neft idxal edən ölkədir və tərəflər aralarındakı ticarətdə dollardan imtina edərək yuana keçməyə razılaşıblar.Təbii ki,bu,ABŞ-ı narahat edir.
ABŞ və Çin arasında konfrantasiya ehtimalı təkcə Tayvan deyil,Yaxın Şərqdə də mümkündür.Vaşinqton və Pekin arasında qarşıdurma indi də olmasa,gələcəkdə Asiya-Sakit okean,Tayvan və Yaxın Şərqdə mütləq baş verəcək.