azia.az
azia.az

İsrailin müdafiə naziri olmaq istəyir

Bu gün, 08:06

İsrailin milli təhlükəsizlik naziri, "Otsma Yehudit" partiyasının sədri İtamar Ben-Qvir ölkənin müdafiə naziri vəzifəsini tutmaq niyyətində olduğunu bəyan edib.

Xəbər verilir ki, o bu barədə yeni hökumətin formalaşdırılmasından əvvəl partiyasının koalisiyaya qarşı tələblərini təqdim edərkən bildirib.

"Otsma Yehudit"in tələbləri çərçivəsində həmçinin Knesset deputatı Tali Qotlibin ədliyyə naziri təyin edilməsi təklif olunub.

Ben-Qvir həmçinin İsrail Müdafiə Ordusunun güc tətbiqi qaydalarının dəyişdirilməsi və hərbi qulluqçulara dəstəyin genişləndirilməsinin tərəfdarı kimi çıxış edib. Plan əsgərlərin maaşlarının artırılmasını və döyüş bölmələrinin hərbi qulluqçularına pulsuz torpaq sahələrinin verilməsini nəzərdə tutur.

Bundan əlavə, o, İsrail ordusunun etik məcəlləsini dəyişdirməyi, eləcə də elit bölmələri açmağı təklif edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi