azia.az
azia.az

Sakinlərin meyxanaçılardan şikayəti: Gecə 2-yə qədər yata bilmirik

Bu gün, 15:28

Masazır qəsəbəsindəki restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.

"Azia.az" Baku TV-yə istinadla xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib.

Şikayətçi vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.

Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib. O, iradların nəzərə alınacağını bildirib:

“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi