azia.az
azia.az

Tramp Ərdoğana görün nələr dedi-DİQQƏT!

Bu gün, 01:00

ABŞ Prezidenti Donald Tramp Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqqında diqqətçəkən bəyanatlarla çıxış edib.

32gun.az yazır ki, o Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində təşkil edilən İran müharibəsi Sammitində çıxış edərkən deyib. 

Tramp çıxışında Türkiyə Prezidenti ilə dostluq əlaqələrinə toxunaraq deyib: "Bu masada çox gözəl dostlarım var. Ərdoğan möhtəşəm bir insandır, mənim çox yaxın dostumdur. O, tam bir sert qozdur (çətin adamdır). Onunla çəkişməyə çalışmayın, mübariz biridir".

Çıxışının davamında İranla bağlı hərbi və iqtisadi vəziyyəti dəyərləndirən ABŞ rəhbəri Tehranın hərbi gücünün tamamilə zəiflədildiyini iddia edib. Tramp İranın ballistik raket və dron obyektlərinin, eləcə də hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarıldığını, ölkənin iqtisadi baxımdan təcrid edildiyini bildirib. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını minalardan təmizlədiyini və gəmilərin təhlükəsiz keçidini təmin etdiyini vurğulayıb. İranın artıq Yaxın Şərqdəki əvvəlki mövqeyini itirdiyini qeyd edən Tramp, Konqresə keçiriləcək aralıq seçkilərdən sonra Tehranla çox sürətli bir razılaşmanın əldə olunacağını iddia edib.

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi