"Ukrayna tezliklə dünya xəritəsindən silinəcək..." - Medvedev
"Ukraynanın Avropa İttifaqına qəbul edilməsi SSRİ-də kommunizm quruculuğuna bənzəyir"
"Ursula nənə deyib ki, ukraynalılar Avropa İttifaqına üzv olmaq üçün ölürlər..."
"Qərb anti-Rusiya layihəsinə aludə olub, yerdə qalanlar onlar üçün boş şeydir..."
Ukraynanın Avropa İttifaqına qəbul edilməsi gerçəkdən yüzilliyin ortalarında mümkün ola bilər, o vaxtadək isə birlik özü yoxa çıxacaq.
Moderator.az xəbər verir ki, bu barədə özünün Telegram-kanalında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yazıb.
Onun fikrinə görə, Ukraynanın Avropa İttifaqına qəbul edilməsi SSRİ-də kommunizm quruculuğna bənzəyir:
"Bu planların gerçəkləşməsinin dəqiq tarixini heç kim açıqlamayıb, əvəzində çoxsaylı "yoxlanılmayan mücərrəd şərtlər" gətirilib.
Medvedev vurğulayıb ki, onların obyektiv verifikasiyası (yoxlanılması) mümkün deyil və onları onilliklərlə yoxlayacaqlar, həm də bunu artıq Avropa İttifaqının yeni nəsli edəcək.
Bununla əlaqədar olaraq Medvedev bu nəticəyə gəlib ki, Ukraynanın Avropa İttifaqına daxil olmasının "gerçək müddəti" "yüzilliyin ortalarından tez olmayacaq".
"Bir də gördün ki, Avropa İttifaqı o zaman özü yoxa çıxıb! Hansı qalmaqalın baş verəcəyini düşünmək dəhşətlidir, axı bunun üçün nə qədər qurbanlar verilib, bədbəxt ukraynalıları necə də aldadıblar!
Tfu- tfu, göz dəyməsin...", - Medvedev yazıb.
Bu zaman o, rışxənd edib: "Ursula nənə deyib ki, ukraynalılar Aİ-yə üzv olmaq üçün ölürlər".
İki gün öncə Medvedev ümumiyyətlə Ukraynanın iki ildən sonra dünya xəritəsində mövcud olacağına şübhə ilə yanaşıb.
"Mən eşitmişəm ki, Ukrayna lend-lizlə okeanın o tayındakı sahiblərindən iki ildən sonra ödəniş edilməsi şərtilə sıxılmış qaz almaq istəyir, - Medvedev belə yazıb. - Birdən gələn qışda, o, sadəcə, donacaq.
Amma sual meydana çıxır: kim deyir ki, iki ildən sonra Ukrayna, ümumiyyətlə, dünya xəritəsində mövcud olacaq?"
Bu zaman, Medvedevin sözlərinə görə, amerikalıları bu, qayğılandırmır.
"Onlar "anti-Rusiya" layihəsinə o qədər aludə olub ki, yerdə qalanlar onlar üçün boş şeydir...", - Medvedev buna əmindir.
Xəbər verildiyi kimi, iyunun 7-də Medvedev nədən onun siyasi vəziyyətlə bağlı yazıları belə kəskin xarakterlidir suallarla üzləşib.
Həmçinin son dərəcə qeyri-diplomatik tərzdə o, qeyd edib ki, Rusiyaya dost olmayan dövlətlərə nifrət edir, çünki onlar rusiyalılara ölüm arzulayır, həm də əlavə edib ki, Rusiyanın düşmənlərinin yoxa çıxması üçün hər şeyi edəcək.
"Məndən tez-tez soruşurlar ki, nədən mənim Telegram-kanalımdakı postlarım belə kəskindir. Cavab verirəm: mən onlara nifrət edurəm. Onlar bizə, Rusiyaya ölüm arzulayır. Neçə ki, mən sağam, mən onların yoxa çıxması üçün hər şeyi edəcəyəm", - Medvedev öz kanalında o zaman belə yazıb