azia.az
azia.az

Makron Ukraynanın Avropa İttifaqına qəbul edilməsinin mümkün olmadığını dedi

11-03-2022, 08:34


Ukraynanın Avropa İttifaqına qəbulu proseduruna başlamaq mümkün deyil. Bunu Fransa prezidenti Emmanuel Makron Versalda Avropa İttifaqı liderlərinin sammitindən əvvəl jurnalistlərə deyib.
Makron Ukraynanın Avropa İttifaqına qəbul edilməsinin mümkün olmadığını dedi
"Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. Hesab edirəm ki, hazırkı dövrdə diqqətli olmalıyıq. Bu gün müharibə gedən ölkəyə Avropa İttifaqına daxil olmaq üçün proseduru aça bilərikmi? Düşünmürəm”, - Makron qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi