azia.az
azia.az

Ukraynanın Avropa İttifaqına üzv olması müşküldür.

23-05-2022, 06:59

Ukraynanın Avropa İttifaqına üzv olması müşküldür.
Ukraynanın Avropa İttifaqına üzv olması müşküldür.
Hər nə qədər Aİ ölkələri Ukraynanın bu təşkilata üz olması ehtimalı haqqında müsbət fikirlər bəyan etsələr də,bu prosesin asan olmayacagı əvvəldən də bəlli idi.
Əslində,2008-ci ilin avqustunda Ukrayna,Gürcüstan və Moldaviya üçün Aİ şansı daha yüksək idi.Lakin Sarkozinin Fransası və Merkelin Almaniyası keçmiş СССР respublikalarını veto etdi.
Əvvala,Aİ üzvü olmaq üçün "namizədlik" statusu verilir,daha sonra namizəd ölkə Brüsselin müəyyən etdiyi iqtisadi və siyasi kriteriyaları yerinə yetirir,islahatlar aparır.Aİ-nin nizamnaməsinə görə,təşkilata üzv dövlətlər yeni "üzv"ün seçilməsini referendumlarla həll edirlər.Təbii ki,istisnalar da var.
Etiraf edək ki,Ukrayna hökumətləri(Kuçma və Yanukoviç istisnadır)Aİ-yə inteqrasiya kursunu qəbul etsələr də,bu ölkədə korrupsiya,pis idarəçilik,nepotizm,oliqarxların təsiri həmişə xroniki problemlər olub.
Ukrayna indiyədək korrupsiya və oliqarxların təsirindən qurtula bilmədi-baxmayaraq ki,ukraynalılar Avropaya inteqrasiya kursunu şüurlu olaraq seçiblər.
Hal-hazırda Rusiyanın Ukraynadakı işgalçılıq siyasəti bu ölkənin yaxın zamanda Aİ üzvü olmasına yol açmayacaq.Mən heç NATO-nu demirəm.
Fransanın Avropa məsələləri üzrə naziri Kleman Bon deyib ki,dürüst olmalıyıq,Ukraynanın 6 ay,1 və ya 2 ildən sonra Aİ-yə üzv olacagını demək,dogru olmaz;yəqin,bu,15 və ya 20 il çəkəcək və biz bu həqiqəti qiymətləndirməliyik.
Fransa prezidenti Emanuel Makron isə bir müddət əvvəl demişdi ki,Ukrayna,Gürcüstan və Moldaviya üçün ən optimal variant Avropa Siyasi İcmasıdır.(ASİ)
Güman edirəm ki,ASİ müəyyən imtiyazlara sahib bir qrum olacaq və bu təşkilatda Serbiya,Bosniya və Herseqovina,Albaniya(hətta Türkiyə də) kimi ölkələr də təmsil olunacaq.ASİ daha çox Aİ-nin alt komitəsi kimi bir struktur olacaq və daha çox "namizəd"ölkələri əhatə edəcək.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi