azia.az
azia.az

Yeni sanksiyalar: ‘Putinin yaxtaları’, Sberbank, Zaxarova…

3-06-2022, 08:41


Avropa İttifaqının səfirləri iyunun 2-də Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə sanksiyalrın 6-cı paketini qəbul ediblər.
Bu paketə Rusiya neftinə qismən embarqo da daxildir.
AzadlıqRadiosunun müxbiri bildirir ki, sanksiya siyahısının son variantında Rusiya Pravoslav Kilsəsinin başçısı Kirilin adı yoxdur.
Bu da xəbər verilir ki, patriarxın adının siyahıya daxil edilməsinə qarşı neft embarqosunda olduğu kimi yenə də Macarıstan çıxıb.
Yeni sanksiyalar: ‘Putinin yaxtaları’, Sberbank, Zaxarova…
Xəbər verilir ki, sanksiyaların yeni paketoi tam şəkildə iyunun 3-də dərc olunacaq.
Dəniz tankerlərində daşınan Rusiya neftinə embarqo bu ilin sonundan qüvvəyə minəcək. Avropa İttifaqı bu məsələdə Macarıstana güzəşt edərək boru kəmərləri ilə nəql edilən neftə qadağan qoymayıb.
Macarıstan, habelə Slovakiya və Çexiya Rusiyadan nefti sovet vaxtı tikilmiş Drujba kəməri ilə alır.
Buna baxmayaraq sanksiyalar Rusiya neftinin faktiki olaraq 90 faizini qadağan edir.
Yeni sanksiya paketi Rusiyanın Sberbank bankını SWIFT ödəniş sistemindən çıxaracaq.
Bundan başqa Avropa İttifaqı Rusiyanın fiziki və hüquqi şəxslərindən ibarət siyahını bir qədər də genişləndirib.

Kirili də Orban xilas edib
Patriarx Kirillin adının Aİ sanksiya siyahısına salınacağı barədə xəbərlər mediada yayılmışdı. Onun adının siyahıya salınmasını Litva təklif etmişdi.
Vilnüs bildirirdi ki, Kirilin bəzi bəyanatları Ukraynaya qarşı müharibəyə dəstək səciyyəsi daşıyır.
Lakin buna etiraz edən Macarıstan baş naziri Viktor Orban bildirmişdi ki, Kirilin adının siyahıya salınması din azadlığının ziddinə olardı.
Avropa İttifaqının xarici işlər komissiarı Jozep Borrell demişdi ki, 6-cı paketin siyahısına “dezinformasiya yayan” şəxslər də daxil ediləcək.
Siyahıda məhz kimlərin adlarının olması iyunun 3-də məlum olacaq.

Vladimir Putin və Alyaksandr Lukaşenkanı gəzdirən bu yaxtaya sanksiya qoyulub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi