azia.az
azia.az

Rusiya üçün şok xəbər: Avropa İttifaqı bu qərarı verdi: Ukraynaya...

9-04-2022, 23:15


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təmsil etdiyi qurumun Ukraynadakı müharibə ilə bağlı görəcəyi işlərin siyahısını açıqlayıb.
Rusiya üçün şok xəbər: Avropa İttifaqı bu qərarı verdi: Ukraynaya...
Xəbər verilir ki, o, bu barədə tviter səhifəsində yazıb.



“Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşümdə onun dözümlülüyünü və qətiyyətini xüsusi vurğuladım. Bu müharibə döyüş meydanında bitəcək və Ukrayna qalib gələcək.

Bunun üçün Ukraynaya əlavə 500 milyon avro yardım ayrılır.



Silahların tədürükü Ukraynanın ehtiyaclarına uyğunlaşdırılacaq. Rusiyaya təzyiqləri artırmağa davam edəcəyik.

Biz artıq böyük sanksiyalar tətbiq etmişik. Lakin neft də daxil olmaqla enerji sektorunda daha çox iş görülməlidir”, - Ali nümayəndə bildirib.



J.Borrelin sözlərinə görə, Avropa İttifaqının Xarici Əlaqələr Şurası növbəti addımları müzakirə etmək üçün bazar ertəsi toplanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi