azia.az
azia.az

Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR

30-03-2022, 08:57

Onun 1 milyard dollarlıq malikanəsi , 73 milyon funt-sterlinqlik super yaxtası, 700 avtomobili və daha nələri var...
Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR
Rusiyanın Ukraynaya hücumu bu ölkənin lideri Vladimir Putini bir daha dünyanın diqqətinə çıxardı. Dünyaca məşhur olan nüfuzlu “mirror.co.uk” Rusiya lideri haqqında geniş material dərc edib. Gununsesi.info Putinin sirli ailə həyatı və bildirilən meqa sərvəti ilə bağlı həmin materialın tərcüməsini təqdim edir:

Vladimir Putin ölkəsinin Ukraynanı işğal etməsi bir ayı tamamladığı üçün diqqət mərkəzinə düşüb. Şərqi Almaniyada KQB ilə kəşfiyyatının qaranlıq sənədlərini öyrənən Rusiya lideri son dərəcə özəl adamdır.

Bununla belə, dünyanın ən zəngin insanlarının gəlirini üstələyən böyük şəxsi gəlir, gizli əlaqələr və gözdən gizlədilən tərəfdaş haqqında informasiyalar illərdir yayılır.

Vladimir Putinin Rusiya mediasına “Mənim şəxsi həyatım var, müdaxiləyə icazə vermirəm” desə də informasiya yavaş-yavaş sızdı.
“Putinin sarayı” kimi tanınan 1 milyard dollarlıq malikanə və 73 milyon funt-sterlinq dəyərində super yaxta onun portfelinin əsas məqamları hesab olunur. Lakin onun 19 başqa evi, 58 təyyarə və vertolyotu, 700 avtomobili və 500 min dollar dəyərində saat kolleksiyası olduğu da bildirilir.
Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR
Rusiya prezidentinin hətta 2015-ci ildə canlı televiziyada vəhşi təbiətə buraxdığı Boris adlı pələng də daxil olmaqla, qəribə ev heyvanlarına sahib olmaqla öz gücünü nümayiş etdirdiyi məlumdur.

“Washington Post”a danışan Hedc fondunun meneceri Bill Brauder Putinin sərvətinin təxminən 200 milyard dollar olduğunu təxmin edərək, əlavə edib ki, lakin onun sərvəti sirrlə əhatə olunub.

Putinin Rusiyada bir neçə dəbdəbəli mülkə sahib olduğu hamıya məlum olsa da, son həftələrdə Rusiya prezidentinə məxsus olduğu bildirilən xüsusi bir malikanə var.

Dəyəri 1 milyard dollardan çox olduğu güman edilən “Putin Sarayı”nın Putinin şəxsi istifadəsi üçün tikildiyi bildirilir.

Yanvarda dəbdəbəli malikanənin 500-ə yaxın fotoşəkili hazırda həbsdə olan Putin tənqidçisinin yaratdığı Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən dərc edilib.

2018-ci ildə Newsweek Rusiya prezidentinin Rusiyada dəyəri 192 milyon dollar olan gülləkeçirməz limuzinlər parkının istehsalına dair göstəriş verdiyini bildirdi.

Putinin aktivlərə nə qədər pul bağladığını göstərməkdə problemi olmasa da, o, ilk növbədə pulun haradan gəldiyini düşünmür.

Putinin və ailəsinin nə qədər varlı olduğuna dair bir sıra təxminlər var. Bunlardan biri onun 160 milyard funt-sterlinqə qədər sərvətinin olması barədə olan iddialardır.

Bu, onun Elon Musk və Jeff Bezosdan daha zəngin olması deməkdir.






Keçmiş həyat yoldaşı
Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR
Putinin 30 illik həyat yoldaşından ayrıldıqdan sonra hazırkı münasibətləri bir az sirr olaraq qalır.

Onlar vətənləri Leninqradda, indiki Sankt-Peterburqda tanış olmuşdular. Belə ki, ortaq bir dostu Putini bir neçə rəfiqəsi ilə birlikdə tamaşaya baxmağa dəvət edən zaman bu münasibət qurulmuşdu.

Putinin üç illik görüşmələrinin böyük bir hissəsində KQB casusu işlədiyini və 1983-cü ilin iyulunda evləndiklərini gizlətdiyi deyilir.

Cütlüyün 1985-ci ilin aprelində Mariya və 1986-cı ilin avqustunda Putin Sovet casusu kimi yerləşdiyi zaman Almaniyaya köçdükdən sonra Yekaterina adlı iki qızı dünyaya gəldi.

6 və 17 saatlıq iş günləri onun ailə həyatına təsir etdi və 2013-cü ilin iyununda onlar evliliklərinin 30-cu ildönümünə bir neçə həftə qalmış ayrıldıqlarını elan etdilər.

Birlikdə bir baletdə iştirak etdikdən sonra dövlət televiziyasına çıxan Putin etiraf etdi ki, həyat yoldaşı ilə artıq birlikdə yaşamadıqları barədə şayiələr “doğrudur” və o, Rusiyanın birinci xanımı kimi “nəzərdə tutulan işini artıq yerinə yetirib”.

Gizli sevgili
Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR
Bu illər ərzində Putin hər zaman inkar etdiyi bir əlaqə haqqında danışılıb.

Lakin siyasi rəqibi Aleksi Navalnının keçmiş olimpiya gimnastı Alina Kabayeva ilə gizli mərasimdə evləndiyini iddia etməsi onları daha da çətinə saldı.

Kabaeva 2004-cü ildə Afina Olimpiadasında Rusiyaya qızıl medal qazandırdı və idmandan uzaqlaşaraq siyasətə gəldi.

Bir vaxtlar Rusiyanın ən uyğun qadını hesab edilən, medianın onunla əlaqə saxladığı yeganə başqa iddiaçı evli gürcü polisi idi, lakin bu münasibətlərin 2005-ci ilə qədər pozulduğu deyilir.

Şayiələr Putindən 30 yaş kiçik olan Alinanı ilk dəfə 2008-ci ildə Kremlpərəst deputat olanda Rusiya lideri ilə romantik şəkildə əlaqələndirirdi.

Bir çox ruslar onu Putinin Lyudmila ilə evliliyinin pozulmasının səbəbi kimi görür və onun Rusiyanın yeni birinci xanımı olduğunu idda edirdi.

Putinin 2018-ci ildə tamamilə yoxa çıxan Kabayeva ilə beşə qədər uşaq atası olması barədə tez-tez xəbərlər yayılıb.

Məşhur rus qəzetlərindən biri onu “Kölgədə olan birinci xanım” adlandırıb.

O, Putin üçün bir neçə uşaq dünyaya gətirib.
Vladimir Putinin gizli uşaqları, sirli tərəfdaşı və meqa sərvəti - ŞOK FAKTLAR
Təxminən son doğuşlar zamanı o, Putin tərəfindən ölkənin ən yüksək mülki medalı olan “Vətənə xidmətə görə” ilə təltif edilib.

İki il yarımlıq fasilədən sonra Kabayeva yenidən görünüb.


Putinin rəsmi övladlarına gəlincə, o, onları kameralardan uzaq tutmağı xoşlayır və onların həyatı haqqında çox az şey məlumdur.

36 yaşlı böyük qızı Maria tibbi tədqiqatlar sahəsində karyera sahibidir.

O, hollandiyalı iş adamı Jorrit Faassen ilə evlidir və Putinin 2012 və 2017-ci illərdə doğulmuş iki təsdiq edilmiş nəvəsinin anası olduğu güman edilir.

Bu arada, 35 yaşlı Katerina nənəsi Tixonovanın soyadını daşıyır və keçmiş akrobatik rəqqasədir.

Onun fizika və riyaziyyat üzrə dərəcəsi var və hazırda Rusiyanın böyük süni intellekt təşəbbüsünə rəhbərlik edir.

Putinin ikinci böyük qızı Rusiyanın ən kiçik milyarderi Kirill Şamalovla evli idi, lakin onların 2018-ci ildə ayrıldığı bildirilir.

Məsələ ondadır ki, mən onların irsi şahzadələr kimi böyümələrini deyil, normal insanlar kimi böyümələrini istəyirəm”, – Putin 2017-ci ildə Rusiya televiziyasına deyib.

“Yaşları və adları qeyd etsəm, onlar müəyyənləşər və heç vaxt tək qalmazdılar”.

Putinin eşq övladlarından biri 2020-ci ilin noyabrında Elizaveta Krivonoqix kimi “maskalanıb”.

İddia olunur ki, onun anası 45 yaşlı Svetlana Krivonoqix FSB əks-kəşfiyyat xidmətinin rəhbəri olarkən onunla münasibətdə olub.

“Putinin hazırkı ortağı olduğu iddia edilən 38 yaşlı Kabaevanın “İsveçrədə çox şəxsi və çox təhlükəsiz bir dağ evində gizləndiyi” deyilir, mənbə “Six Six”ə bildirib.

Cütlüyün dörd gizli övladının olduğu güman edilir, baxmayaraq ki, onların münasibətləri və ya uşaqları heç vaxt rəsmi təsdiqlənməmişdir.

“Alinanın Putinlə İsveçrədə doğulmuş iki gənc oğlan və əkiz qızı var”, – mənbə əlavə edib.



Müəllif Gülnar Məmmədli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi