Putinin məşuqəsi uşaqları ilə Avropadan qovulur
Rusiya Prezidenti Vladimir Putinin məşuqəsi olduğu deyilən tanınmış gimnast Alina Kabayeva İsveçrədən deportasiya olunacaq. Xəbər verilir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması İsveçrə xalqının qəzəbinə tuş gəlib. Bu səbəbdən Kabayevanın dörd uşağı ilə birlikdə sığındığı İsveçrədən qovulması üçün imzatoplama kampaniyasına başlanılıb. Xəbərdə uşaqların atasının Rusiya lideri olduğu iddia edilir.Məlumata görə, qısa zaman ərzində 63 mindən çox insan olimpiya çempionunun ölkədən çıxarılması üçün imza yığılıb, hazırda kampaniya davam etdirilir. Qeyd edək ki, Alina Kabayeva son illər ərzində nadir hallarda ictimaiyyət qarşısında görünüb. Onun müharibədən öncə İsveçrəyə köçdüyü deyilir. Kabayeva bədii gimnastika tarixinin ən çox medal qazanan gimnastlarından biridir. O, iki dəfə olimpiya çempionu olub, 14 dünya çempionatında və 21 Avropa çempionatında medal qazanıb. Bundan əlavə, Kabayeva “Rusiyanın ən çevik qadını” ləqəbini alıb. Xatırladaq ki, 2008-ci ildə Rusiyanın “Moskovski korrespondent” qəzeti Putinin həyat yoldaşından boşandığını və Kabayeva ilə evlənməyə hazırlaşdığını yazıb. O zaman məlumat Kreml tərəfindən təkzib edilmiş, adıçəkilən qəzet müəmmalı şəkildə bağlanıb.