azia.az
azia.az

“Elə bildim, ayrılırıq…” – Keçmiş həyat yoldaşı Putinin evlilik təklifindən danışıb

15-03-2022, 17:40


“Elə bildim, ayrılırıq…” – Keçmiş həyat yoldaşı Putinin evlilik təklifindən danışıb
Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı məlumatlar gizli saxlanılsa da, keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanın Putinlə evli olduğu dövrlə bağlı danışdığı bəzi detallar diqqət çəkib.
“Elə bildim, ayrılırıq…” – Keçmiş həyat yoldaşı Putinin evlilik təklifindən danışıb
Xəbər verilir ki, hekayələr arasında ən maraqlısı Putinin qeyri-adi evlilik təklifidir.

Lyudmila Şkrebneva 2000-ci ildə yazdığı "Birinci şəxs" tərcümeyi-halında Putinlə bağlı silsilə şəkildə maraqlı açıqlamalar verib.

Şkrebneva bildirib ki, üç il yarım davam edən münasibətdən sonra evlənmək təklifi zamanı əslində Vladimir Putinin onu tərk edəcəyini düşünüb:

"Mənə elə gəldi ki, biz ayrılırıq"

Lyudmila Şkrebneva Putinin ona evlilik təklifi etdiyi günü belə təsvir edib.

O, Bir axşam V.Putinlə bir yerdə oturarkən Putinin qəfildən öz qüsurlarından danışmağa başlayıb:

“İndi mənim necə bir insan olduğumu bilirsən. Çox rahat insan olduğumu deyə bilmərəm. Bəzən çox impulsiv hərəkət edib hətta insanları təhqir də edirəm. Lakin üç ildir ki, birlikdəyik və yəqin ki, qərarını vermisən”.

Mən düşündüm ki, o, ayrılmağımla bağlı qərarımı nəzərdə tutur və mən də “hə” dedim. Bunun ardınca Putin: “O zaman deyim ki, səni sevirəm və sənə evlilik təklif edirəm”.

Bu, həqiqətən də mənim üçün sürpriz olmuşdu…

Şkrebneva evlidir, Putin isə…

1983-cü ildə evlənən Putin-Lyudmila cütlüyünün Mariya Vorontsova və Yekaterina Tixonova adlı iki qızı dünyaya gəlib. 2000-ci ildə Putin prezident olduqdan sonra cütlüyün münasibətləri sarsılmağa başlayıb. Onlar 30 il birlikdə yaşadıqdan sonra 2013-cü ildə boşanaraq evlilik həyatına son qoyublar.

Qeyd edək ki, Şkrebneva özündən 21 yaş kiçik biznesmen Artur Oçeretnı ilə 2015-ci ildə ailə həyatı qurub. Vladimir Putinin həyatında kiminsə olub-olmadığı isə sirr olaraq qalır.

“New York Post” qəzetində yer alan xəbərə görə, Putin boşandıqdan sonra rəsmi nikaha girməsə də, olimpiya mükafatçısı Alina Kabaeva ilə uzun müddətdir münasibəti var. Bu münasibət hələ rəsmi olaraq təsdiqlənməyib, lakin cütlüyün İsveçrədə yaşayan dörd övladının olduğu güman edilir.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi