Putinin 700 min dollarlıq saatları, “Uçan Kreml” təyyarəsi...(FOTOLAR)
Putinin 700 min dollarlıq saatları, “Uçan Kreml” təyyarəsi...(FOTOLAR)
Rusiya prezidenti Vladimir Putin dünyanın ən zəngin adamı hesab olunur. Hətta Putinin şəxsi sərvətinin 200 milyard dollar olduğu da iddia edilib. Rusiya liderinin Qara dənizə baxan uçurumun zirvəsindəki malikanəsi, dəbdəbəli milyon dollarlıq saatlar və məşhur dizaynerlərin imzası olan kostyumlar və daha nələr....
Xəbər verilir ki, Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar böhranlardan birinə səbəb olub. Burada beynəlxalq siyasətin ən nüfuzlu simalarından biri olan Vladimir Putin də diqqət mərkəzinə çevrilib. Onun 21-ci əsrdə Ukraynada müharibəyə başlamaq qərarı hətta bəzi təcrübəli diplomatları və siyasətçiləri də təəccübləndirib. Şəxsiyyəti və DTK zabiti kimi keçmişi ilə hər zaman dünyanın diqqətini çəkən Putinin dəbdəbəli həyat tərzi də diqqətlə araşdırılıb. “Fortune" jurnalının məlumatına görə, Kreml rəsmi olaraq Putinin illik 140 min dollar maaş aldığını bildirib. İnvestisiya və sərvət idarəçiliyi şirkəti "Hermitage Capital Management" 2017-ci ildə Putinin şəxsi sərvətinin 200 milyard dollar olduğunu iddia etmişdi. “Fortune” jurnalında yer alan məqaləyə görə Putin "Patek Philippe"nin 60 min dollarlıq, "Petual Calendar"dan 500 min dollarlıq, “A Lange Sohne Toubograph” kimi bahalı markalardan dəbdəbəli saatlar taxır.Təxminən 10 il əvvəl "ABC News" Rusiyanın müxalif Həmrəylik qrupu tərəfindən yayımlanan videoya əsaslanaraq, Putinin rəsmi maaşından təxminən 6 dəfə çox olan 700.000 dollar dəyərində dəbdəbəli saatlara sahib olduğunu söyləyən bir xəbər hazırlamışdı. Putinin həmçinin Qara dənizə baxan uçurumun üstündə 190 min kvadratmetrlik dəbdəbəli malikanəsinin olduğu güman edilir. Bir çox xəbərlərə mövzu olan mülkün tavanları freska, yunan tanrılarının heykəlləri ilə örtülmüş mərmər hovuzu, isti bulaqları, amfiteatrı, ən müasir buz hokkey meydançası, Veqas- stil kazino və gecə klubundan ibarətdir. Hətta malikanədə yüzlərlə dollar dəyərində şərab və spirtli içkilərin nümayiş olunduğu bar otağı da var.
69 yaşlı Rusiya prezidentinin Qara dənizdəki malikanə ilə bağlı xəbərlərdən əlavə, 19 evi, 700 avtomobili, 58 təyyarəsi və vertolyotu da var. “Uçan Kreml” adlanan bu təyyarələrdən birinin qiyməti 716 milyon dollardır və tualeti qızıldandır.
Həmçinin "The Guardian" İtaliyada Putinə aid olduğu güman edilən 140 metrlik altı göyərtəli superyaxtanın fotosunun yer aldığı məqalə dərc edib. Dəyərinin 700 milyon dollar olduğu bildirilən Şehrazadə İtaliyanın Toskana sahillərindəki Marina di Karrara şəhərindəki gəmiqayırma zavodunda dayanır. "The Guardian" xəbər verir ki, gəmidə spa, üzgüçülük hovuzları, iki helikopter meydançası, odun yanan kamin və dalğaları azaltmaq üçün əyilmək üçün hazırlanmış hovuz stolu var. Bundan əlavə ötən günlərdə İtaliya parlamentində çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanı yaxtanı müsadirə etməyə çağırıb.
Putin italyan brendinin sadiq pərəstişkarı kimi görünür. O, son zamanlarda italyan brendin istehsal etdiyi 1425 dollarlıq kaşmir və ipək jogger şalvarında görülüb. Ümumiyyətlə, Rusiya lideri "Kiton" və "Brioni" kimi dəbdəbəli italyan brendlərindən geyinməyə üstünlük verir. Hər iki markanın kostyumlarının qiyməti on minlərlə dollardır. Aksesuarlara gəlincə, Putin çox vaxt "Valentino" qalstuklarına və "Ferragamo" ayaqqabılarına üstünlük verir. unikal