azia.az
azia.az

Putindən uşağı olduğu deyilən Alina Kabayeva danışdı

6-07-2019, 21:26

Bu ilin yazında Rusiya KİV-lərində sabiq gimnast, millət vəkili Alina Kabayevanın ölkə prezidenti Vladimir Putindən övlad dünyaya gətirdiyi barədə xəbərlər yayılmağa başladı.
Putindən uşağı olduğu deyilən Alina Kabayeva danışdıPutindən uşağı olduğu deyilən Alina Kabayeva danışdı
Fanat.Az xəbər verir ki, Kabayevanın gizli şəkildə Moskvadakı özəl xəstəxanaların birində əkiz uşaq dünyaya gətirdiyi iddia olunurdu. Sonradan KİV-də məlumatın yalan olduğu, eyni familiyalı bir qadının uşaq dünyaya gətirdiyi barədə də xəbər yayıldı.

Uzun müddət sonra Alina Kabayeva şəxsi həyatı barədə açıqlama verib. O, bildirib ki, hələlik ana olmayıb və doğuşu barədə yayılan söhbətləri şərh etməyi düzgün saymır. İdmançı qeyd edib ki, vaxtını əsasən Moskvada keçirir. İldə iki ay isə Moskva ətrafı Peredelkinodakı bağ evində dincəlir. Bundan başqa Kabayeva kefi pis olanda alış-verişlə başını qatır.

Qeyd edək ki, Kabayevanın uzun müddətdi Putinlə birlikdə olduğu deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi