azia.az
azia.az

Şimali Koreya dünyada ilk dəfə qitələrarası ballistik raketi havaya buraxdı, BMT hərəkətə keçdi

25-03-2022, 09:09


Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə “Hvason-17” qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib.

Xəbər verilir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Şimali Koreya dünyada ilk dəfə qitələrarası ballistik raketi havaya buraxdı, BMT hərəkətə keçdi
Şimali Koreya lideri qeyd edib ki, “KXDR-nin yeni strateji silahları bütün dünyaya strateji silahlı qüvvələrimizin gücünü bir daha aydın şəkildə dərk etməyə imkan verəcək”.

Kim Çen In vurğulayıb ki, “milli müdafiə qüvvələri hər hansı hərbi təhdid və şantaj qarşısında dayanıqlı olan böyük hərbi-texniki imkanlara malik olacaq və ABŞ imperialistləri ilə uzunmüddətli qarşıdurmaya tam hazır vəziyyətdə saxlanılacaq”.

Xatırladaq ki, martın 24-də KXDR qitələrarası ballistik raketi sınaqdan keçirib. Raket 6 200 kilometr hündürlüyə qalxıb və 1 080 kilometr məsafə qət edib.

BMT baş katibi Antoniu Quttereş isə Koreya Xalq Demokratik Respublikasının qitələrarası mənzilli ballistik raket sınağını pisləyib.

Dünya təşkilatının sədri bu barədə tviter hesabında yazaraq ballistik raketin regionda gərginliyi əhəmiyyətli dərəcədə artırması barədə xəbərdarlıq edib.

“Mən Koreya Xalq Demokratik Respublikası tərəfindən regionda gərginliyin əhəmiyyətli dərəcədə artması riski daşıyan qitələrarası mənzilli ballistik raketin buraxılışını pisləyirəm.

Koreya yarımadasının nüvəsizləşdirilməsinin sülh yolu ilə diplomatik həllinə ehtiyacımız var”, – Antoniu Quttereş sosial şəbəkə hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi