KXDR daha bir raket buraxdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri uğursuz raket buraxılışından sonra daha bir raket buraxılışını həyata keçirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buraxılan raketin “Musudan” tipli orta mənzilli ballistik raket olduğu ehtimal olunur.
Şimali Koreya hərbçiləri bir qədər əvvəl ölkənin şərqində yerləşən Vonsan şəhəri yaxınlığından “Musudan” tipli olduğu ehtimal edilən orta mənzilli (2,5 min km-dən 4 min km-dək) ballistik raketin buraxılışını həyata keçirib.
Məlumata görə, raket iyunun 21-də yerli vaxtla 05.58-də (Bakı vaxtı ilə iyunun 22-də saat 00.58-də) buraxılıb.
Cənubi Koreya hərbçiləri raket buraxılışının uğursuz olduğunu iddia edirlər.
Yaponiya hökuməti Şimali Koreyaya BMT TŞ-nin müvafiq qətnamələrini pozduğuna görə etirazını bildirmək niyyətindədir.