azia.az
azia.az

ABŞ-ın xüsusi nümayəndəsi BMT-də KXDR-lə sammitin nəticələrini müzakirə edəcək

14-03-2019, 08:26

ABŞ-ın xüsusi nümayəndəsi BMT-də KXDR-lə sammitin nəticələrini müzakirə edəcək
ABŞ-ın Koreya Xalq Demokratik Respublikası (KXDR) üzrə xüsusi nümayəndəsi Stiven Biqan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri ilə Hanoyda Birləşmiş Ştatların və Şimali Koreyanın keçirilmiş sammitinin nəticələrini müzakirə edəcək."Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Stiven Biqan bu gün BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri ilə görüş üçün Nyu-Yorka baş çəkəcək. "Xüsusi nümayəndə Biqan ABŞ-ın bu yaxınlarda Hanoyda keçirilmiş ABŞ-KXDR sammitini və BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi ilə bağlı müvafiq qətnamələrinin tam icrasının təminatı üzrə səyləri müzakirə edəcək", - deyə xəbərdə bildirilir.Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən görüşün gedişatında ikitərəfli əlaqələrin müzakirəsini davam etdirməyi razılaşdırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi