Ukrayna Rusiya ilə görüşdən buna görə imtina edib
Moskva Ukraynadan silahı yerə qoymağı tələb edib, buna görə də Rusiya ilə danışıqlardan imtina etdi.
Azia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
"Hörmətli həmkarlar, biz də Rusiya nümayəndə heyətinin danışıqlar üçün Qomelə gəldiyi barədə açıqlamalar eşitmişik. Deməliyəm ki, Ukrayna nümayəndələri orada olmayacaq. Bu format həqiqətən də müzakirə olunub. Amma son anda Rusiya tərəfin Ukrayna ordusundan silahı yerə qoymağı tələb edib", - Nikiforov bildirib.