azia.az
azia.az

Rusiya qoşunları Ukrayna ilə sərhəddədir

3-11-2021, 08:03

Rusiya qoşunları Ukrayna ilə sərhəddədir
Ukrayna Müdafiə Nazirliyi ölkənin Baş kəşfiyyat idarəsinin məlumatına istinadən bildirib ki, 90 minə yaxın rusiyalı hərbçi respublikanın sərhədləri yaxınlığında və Donbassda yerləşir. Bunu Ria-Novosti agentliyi yazıb.

Bir gün əvvəl Amerikanın “Politico” nəşri tərəfindən peykdən çəkilmiş görüntüləri dərc etmişdi. Bu görüntülərdən aydın görünür ki, Ukrayna ilə həmsərhəd olmayan Smolensk vilayətində Rusiya hərbi texnikası və hərbçilərinin toplanması müşahidə olunur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın hərbi texnikasının və hərbi personalının öz ərazisində hərəkəti ölkənin daxili işidir: “Rusiya heç kimi təhdid etməyib və təhdid etmir də, lakin NATO-nun aqressiv hərəkətləri fonunda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür və görəcək də”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi