azia.az
azia.az

Ukrayna Xorvatiya prezidentinin üzr istəməsini tələb edir

26-01-2022, 09:13

Ukrayna Xorvatiya prezidentinin üzr istəməsini tələb edir
Ukrayna Xorvatiya prezidentinin üzr istəməsini tələb edir
Ukrayna Xorvatiya prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Xorvatiyanın Ukraynadakı səfiri Anitsa Jamiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb. Ukrayna Xorvatiya prezidentindən bu bəyanatların açıq şəkildə təkzib edilməsini, eləcə də gələcəkdə təkrarlanmamasını tələb edir”, - bəyanatda deyilir. (Report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi