Qızının COVID-19-a yoluxmasını öyrənən baş nazir iclası dərhal tərk etdi - FOTO
İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib.
32gun.az xəbər verir ki, bu barədə RİA Novosti-yə hökumət başçısının mətbuat katibi Anna Yonatan-Leus bildirib.
Mətbuat katibi deyib ki, hökumətin iclası zamanı baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib: "Baş nazir dərhal iclası tərk edib. Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir".
Bennett PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.