Cəbhədə gərginlik Ermənistan paytaxtında ciddi narahatlıq yaradıbMüharibədən qaçaraq Ermənistana sığınmış Suriya erməniləri indi də İrəvanı tərk etməyə başlayıblar.Bu barədə «haqqin.az»ın əməkdaşı Süzan Caqinyan bu gün yazdığı məqaləsində bildirib.
«Azadlıq» (Azatutyun) radiosunun erməni redaksiyasının nümayiş etdirdiyi videoya əsaslanan jurnalist bildirib ki, Suriyadan Ermənistana pənah gətirmiş minə yaxın erməninin onlarla iəmsilçisi artıq bu ölkədən də qaçırlar.
Suriya erməniləri Ermənistanı tərk etmələrini rəsmi dairələrin onlara yardım etməməsində görürlər. Rəsmi İrəvanı yalançılıqda günahlandıran Suriya erməniləri Kanada hökumətinin qaçqınlara daha çox qayğı göstərdiyini vurğulayırlar.
Azadlıq radiosunun videosu
Bu, doğrudur. Amma Suriya ermənilərini İrəvandan qaçıran təkcə bu məsələ deyil. Böyük ehtimalla, döyüş bölgəsində son günlərdə başlayan gərginlik İrəvanda yeni narahatlıq yaradıb və miqrasiya prosesi sürətlənib. Hiss olunur ki, Ermənistan paytaxtında total müharibənin başlayacağı ilə bağlı ciddi narahatlıq var. İrəvanda hava hücumu zamanı sığınacaqlara yerləşməklə bağlı kütləvi məşqlərin keçirilməsi də bu narahatlığı daha da artırır.
Ümumiyyətlə, Qarabağ müharibəsi yerli ermənilərin də Ermənistanı tərk etməsini sürətləndirir. "Ay tun" təşkilatının saytında dərc olunmuş məlumata görə, 2014-cü ildən bu yana 500 ailə Ermənistan vətəndaşlığından çıxaraq Kanadaya yerləşib.