Ukrayna Rusiya ilə razılığa gəldi
Rusiya və Ukrayna Donbas bölgəsi üçün 2020-ci ildə əldə edilmiş hərtərəfli atəşkəs rejimini bərpa etmək barədə razılığa gəliblər.
Azia.az-ın xəbərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin baş məsləhətçilərindən biri olan Andriy Yermak bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyilə əldə olunan razılaşma regionda gərginliyin azaldılması üçün mühüm addımdır.
Son hadisələrdən sonra yüksək səviyyəli bir Ukrayna rəsmisi növbəti Milad dövrünün dinc və gərginlik olmadan keçməsini arzu etdiklərini söyləyib.publika