azia.az
azia.az

Türkiyə və Rusiya razılığa gəldi

28-12-2016, 13:09

Türkiyə və Rusiya razılığa gəldi
Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək.

Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.

İnformasiyaya görə, atəşkəs rejimi uğurlu olarsa, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Bəşşar Əsədin təmsilçiləri və müxaliflər siyasi müzakirələrə başlayacaq. Müzakirələrin Qazaxıstan paytaxtı Astaanada keçirilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi