Rusiya ilə Ukrayna arasında müharibə ola bilərmi? - Zelenskinin CAVABI
Ukrayna Prezidenti Vladimir Zelenski “YES Brainstorming” forumunda moderatorun Rusiya ilə müharibənin olması ehtimalı barədə sualını cavablandırıb.
Azia.az xəbər verir ki, Ukrayna prezidenti Rusiya ilə müharibə ehtimalını istisna etməyib.
“Hesab edirəm ki, ola bilər. Lakin bu, hadisələrin inkişafının yalnış variantı olardı. Bundan sonra Rusiya, Ukrayna, Belarus qonşuluğu mövcud olmayacaq”, - Zelenski deyib.