azia.az
azia.az

“Ukrayna postsovet ölkələri üçün demokratiya nümunəsi kimi qalacaq…”

28-04-2019, 09:37

“Ukrayna postsovet ölkələri üçün demokratiya nümunəsi kimi qalacaq…”“Ukrayna postsovet ölkələri üçün demokratiya nümunəsi kimi qalacaq…”
Ukraynadakı president seçkilərinin qalibi Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı verə biləcəkləri barədə bəyanatına münasibət bildirib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zelenskinin bəyanatı siyasətçinin komandasının Telegram-kanalında dərc olunub.Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti Ukrayna vətəndaşlarını öz pasportları ilə şirnikləndirmək cəhdi ilə vaxtını boşa sərf edir. Bununla belə o istisna etmir ki, kimlərəsə qazanc naminə, yaxud cinayət təqiblərindən yayınmaq üçün və ya təbliğatın nəticəsi olaraq hər halda Rusiya pasportu lazım ola bilər.
Zelenski qeyd edib ki, ukraynalılar Rusiya vətəndaşı olmağın nə demək olduğunu gözəl başa düşürlər. Onun fikrincə Rusiya vətəndaşı olmaq dinc etiraz hüquqlarından, rəqabətli, azad sekilərdən, təməl insan haqları və azadlıqlarından məhrum olmaq deməkdir. “Ukrayna vətəndaşlığı isə azadlıqdır, şərəf və ləyaqətdir. Bu elə dəyərlərdir ki, biz onları müdafiə etmişik və müdafiə etməkdə davam edəcəyik. Ukrayna postsovet ölkələri üçün demokratiya nümunəsi olaraq xidmət etmək missiyasından geri çəkilməyəcək”-Zelenski bildirib.
Xatırladaq ki, bundan əvvəl Putin Ukraynanın Donetsk və Luqansk regionlarının sakinlərinin sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almasına imkan verən qərar imzalayıb. Ukrayna tərəfi, o cümlədən Zelenskinin komandası bunu Rusiyanın “işğalçı statusunu təsdiqləyən” addım kimi qiymətləndirib. Putin isə Ukraynadan verilən reaksiyalara cavab olaraq demişdi ki, gələcəkdə bu ölkənin bütün vətəndaşları üçün sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almaq imkanı yaradıla bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi