Gəlin gözəlliyinə görə rəfiqəsini toya buraxmadı - FOTOLAR
Rəfiqəsi çox cazibədar göründüyü üçün gəlin toyda iştirak etməsinə icazə verməyib.
Azia.az xəbər verir ki, Almaniya sakini Alena tiktokdakı izləyicilərinə bildirib ki, rəfiqəsi çox parlaq görünüşünə görə onu toya buraxmaqdan imtina edib. Qız rəfiqəsinin ona seçdiyi libası ilə video paylaşaraq bu barədə öz şəxsi tiktok hesabından bildirib.
Videoya 8 milyon baxış gəlib. İzləyiciləri A.Yıldıza dəstək olaraq "Çox kədərlidir, qadınlar bir-birinə dəstək olmalıdır", "O zaman niyə belə gözəl paltar seçib?"- deyərək dəstək olublar./baku.ws/