Türkiyədə ağır yol qəzası baş verib.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb.
Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib. Bəyin sürdüyü avtomobil bilinməyən səbəbdən idarəetməni itərək səkiyə çırpılıb.
Qəza nəticəsində sükan arxasında olan bəy İzzettin Öztürk ölüb, Sevim Ergüner isə ağır yaralanıb.