azia.az
azia.az

Ermənilərin Gürcüstana TORPAQ İDDİASI - Samsxe-Cavaxetiyada muxtariyyət tələb edirlər - FOTO

21-12-2021, 12:32

Ermənilərin Gürcüstana TORPAQ İDDİASI - Samsxe-Cavaxetiyada muxtariyyət tələb edirlər - FOTO
Ermənilər Samsxe-Cavaxetiyada muxtariyyət istəyirlər ki, bu bölgəni sonradan Ermənistana birləşdirsinlər.

KONKRET.az-ın xəbərinə görə, son zamanlar erməni KİV-də getdikcə daha çox anti-gürcü nəşrləri yer alır. Məsələn, Cavaxetiyada ermənilərin sıxışdırıldığı və onlara muxtariyyət verilməsi ilə bağlı məlumatlar yayılıb.

Qarabağdan əlləri üzülən ermənilər indi də Gürcüstan bu bölgəsini ələ keçirməyə çalışırlar.

Bütün Gürcüstanda iqtisadi vəziyyət eynidir. Gürcüstan parlamentində və hökumətində təmsil olunan ermənilər də ölkənin bütün vətəndaşları ilə eyni hüquqa malikdirlər. Ermənilərin bu bölgəni Ermənistana birləşdirmək üçün muxtariyyət istəmələri sadəcə siyasi ambisiyadır.

Gürcüstan hökuməti heç vaxt ölkədə yaşayan ayrı-ayrı icmaların sosial vəziyyəti ilə bağlı məsələyə baxmayıb. Bu siyasi erməni blefi yalnız bir məqsəd güdür – Gürcüstanın bir hissəsinin Ermənistana birləşdirilməsi.

İndiki dövrdə ermənilər Azərbaycana, Gürcüstana, Türkiyəyə qarşı yönəlmiş ərazilərin genişləndirilməsi siyasətini davam etdirirlər. Bu siyasət öz dövlətinin ərazilərini genişləndirmək üçün müttəfiq axtarmaqdan ibarətdir, çünki erməni xalqı bunu təkbaşına edə bilməz.

Məlum faktdır ki, ermənilər təkcə Gürcüstan ərazisinə deyil, bütün Qafqaza sonradan gəlmişlər. Onlar əvvəllər burada yaşamamışdılar. 1801-ci ildən başlayaraq Rusiya imperiyası onları Azərbaycan və gürcü tarixi torpaqlarına köçürüb. Cavaxetiya erməniləri, ümumiyyətlə, Türkiyədən gələn ermənilərin törəmələridir. Onlar ölkənin demək olar ki, bütün guşələrinə həvəs göstərirdilər və yerli xalq onları yaxşı qəbul edib, amma məkrli erməni xalqı minnətdarlıq əvəzinə muxtariyyət tələb edir!

1985-ci ildə SSRİ-nin dağılması planları hələ göz qabağında olduğu bir vaxtda Afinada keçirilən Daşnaksütyun Partiyasının 23-cü qurultayına toplaşan qondarma dünya ermənilərinin nüfuzlu nümayəndələri Ermənistanın sərhədlərinin genişləndirilməsi məsələsini qaldırıblar.

İştirakçılar bir səs fərqi ilə Gürcüstanın deyil, Azərbaycan ərazilərinin ələ keçirilməsinə səs veriblər.

Məntiq belə idi ki, Qarabağ Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsindən fərqli olaraq muxtar vilayətdir. Lakin bu gün Ermənistanın sərhədlərinin genişləndirilməsi məsələsi Gürcüstana toxunmağa başlayıb, belə ki, “erməni tarixçiləri” Samsxe-Cavaxetiyanı tarixən Ermənistan ərazisi hesab edirlər.

Ermənilərin başında “dənizdən dənizə Böyük Ermənistan” ideyası dolaşır. Onların heç vaxt Xəzər dənizinə çıxışı olmayacaq, ona görə də Ermənistan ərazilərini Qara dənizə – Samsxe-Cavaxetiyaya, Kudar aşırımına və Acarıstana qədər uzatmağa çalışırlar.

Ermənilərin xəyanəti tarixi zəncirvari hadisədir.

O vaxtdan bəri heç nə dəyişməyib. Erməni ailələri 2008-ci ilin avqust müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyada gürcülərin tərk etdiyi evlərə köçüb. Necə ki, Qarabağda azərbaycanlıların evlərində ermənilər yaşayır. İndi ermənilər rus torpaqlarını özəlləşdirib satın alırlar. Ermənilər bir gün ruslara da xəyanət edəcəklər, yeni geosiyasi güc tapacaqlar, bu zaman məsələsidir.

Təbii ki, Bakı Abxaziya və Cənubi Osetiyanın tarixi Gürcüstan bölgələri olduğunu tanıdığı kimi, Gürcüstan hökuməti də Qarabağın Azərbaycan ərazisi olduğuna inanır.

Ermənilərin Gürcüstana TORPAQ İDDİASI - Samsxe-Cavaxetiyada muxtariyyət tələb edirlər - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi