azia.az
azia.az

Xankəndidən həyəcanlı xəbərlər gəlir - ERMƏNİLƏR ŞƏHƏRİ TƏRK EDİR

10-08-2021, 19:16

Xankəndidən həyəcanlı xəbərlər gəlir - ERMƏNİLƏR ŞƏHƏRİ TƏRK EDİR
Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi bölgədə yeni reallıqlar formalaşdırıb. Lakin ermənilər bəzi reallıqları hələ də qəbul etmək istəmir. Müxtəlif sosial problemlər isə onları buna vadar edir. Belə ki, artıq Xankəndində yaşayan ermənilər ciddi su qıtlığı yaşayır.

Bəs görəsən bu problemlər nəyə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Azia.az-ın suallarını politoloq Zaur Məmmədov cavablayıb. O bildirib ki, Ermənilərin daha pis günləri qarşıdadır:

“Xankəndidə yaşayan ermənilər başa düşməlidir ki, şəhərin su və elektrik enerjisi demək olar ki, Azərbaycanın əlindədir. Sadəcə olaraq müharibədən sonra Azərbaycan hökumətinin apardığı humanist siyasət nəticəsində onlara çox ciddi güzəştə gedildi. Lakin görünən odur ki, erməni separataçıları və Ermənistan rəhbərliyi bunu başa düşmək istəmir. Bundan sonra da qeyd olunan ərazidə müxtəlif kommunal və digər infrastruktur problemləri olacaq. Erməni separatçıları başa düşməlidir ki, onlar nə qədər tez Azərbaycan dövlətinə tabe olsalar, bir o qədər yaxşı olar. Əks təqdirdə bu problemlər qaçılmaz olacaq. Son günlər Xankəndidə su qıtlığı, əhalinin separatçılara qarşı üsyana qalxması onu göstərir ki, bu, onlar üçün başlanğıcdır. Ermənilərin daha pis günləri qarşıdadır”.

Politoloq bildirib ki, reallıqları dərk edən Ermənilər artıq həmin əraziləri tərk edir:

“Hazırda 20 minə yaxın erməni Xankəndi və ətraf üç rayonda yaşayır. Lakin bir qədər sonra onların da bu ərazini tərk edəcəyi gözlənilir. Gənclər demək olar ki, bölgəni tərk edib. Orada yaşayanlar yaşlı nəslin nümayəndələridir. Onlar Rusiya sülhmərmalılarının və erməni separatçılarının müxtəlif yalan vədlərinə inanaraq bu ərazidə yaşamağa davam edir. Azərbaycan təklif edir ki, vətəndaşlığımızı qəbul etsinlər. Əks təqdirdə vəziyət daha da mürəkkəbləşəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi