azia.az
azia.az

Ərdoğanın çıxışı ajiotaj yaratdı: Lirənin dəyəri sürətlə artmağa başladı (ŞƏRH)

21-12-2021, 11:54

Ərdoğanın çıxışı ajiotaj yaratdı: Lirənin dəyəri sürətlə artmağa başladı (ŞƏRH)
"Türkiyə iqtisadiyyatının ən böyük problemi məhz bu oynaqlıq və dalğalı məzənnə rejimidir. Bu, çox ciddi ziyan vurur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dekabrın 20-də axşam saatlarında türk lirəsinin ucuzlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, dekabrın 20-də türk lirəsi tarixinin ən minumum nöqtəsinə çatıb:

"Bu, Türkiyə iqtisadiyyatında çox böyük dalğalanmalar yaratdı. Sonra isə Türkiyə prezidentinin rəhbərliyi ilə Nazirlər Kabinetinin toplantısı oldu. Toplantıdan sonra Türkiyə prezidentinin özü kameralar qarşısına keçib bəzi açıqlamalar verdi. Açıqlamalardan biri də ondan ibarətdir ki, türk lirəsi və dollar məzənnəsində bundan sonra itirdiklərini Türkiyə hökuməti geri qaytaracaq. İstər iş adamları olsun, istərsə də fiziki şəxslər. Prezident daha bir fikir də işlətdi ki, əgər dollardan türk lirəsinə keçsəniz, biz sizin gələcəkdə itirdiklərinizi qaytara bilərik. Ona görə də bir ajiotaj yarandı. Türkiyə prezidentinin çıxışı bitən kimi birjalarada, əsas da Asiya birjasında türk lirəsinin dəyəri sürətlə artmağa başladı”.


Ərdoğanın çıxışı ajiotaj yaratdı: Lirənin dəyəri sürətlə artmağa başladı (ŞƏRH)
Natiq Cəfərli hesab edir ki, bu qərarların hələ altı doldurulmayıb, ancaq bir ajiotaj var:

"Dollar necə sürətlə bahalaşmışdısa, indi də sürətlə ücüzlaşır. Bu da yaxşı hal deyil, bir sabitlik lazımdır ki, iş adamları önünü görə bilsin, müqavilələr bağlasın. Ona görə bu dalğalanmalar bu həftə sabitləşməlidir. Hələlik pozitiv xəbərlər var. Türk hökumətinin milyonlarla lirə dəstək paketinin açıqlayacağını söylədilər. Hələlik bu vəsaitin mənbəyi açıqlanmayıb. Mənə elə gəlir ki, bir müddətdən sonra həmin mənbələrlə bağlı problemlərin yaşanacağı ehtimalı gündəmə gələcək. Bundan sonra türk lirəsində yenidən dəyər itirmələri ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi