Türk lirəsi kəskin ucuzlaşdı - Ərdoğan səbəb oldu
Türk lirəsi kəskin dəyər itirib.![]()
Azərforum xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) sədrinin şənbə günü dəyişdirilməsilə əlaqədar olaraq Türk lirəsi kəskin ucuzlaşıb.
Belə ki, bu gün ilk əməliyyatlarda dollar / TL məzənnəsi 16% artıb və 8,40 səviyyəsini keçib.
Dollar / TL məzənnəsi keçən həftə 7.21 səviyyəsində bağlanmışdı.
Kavcıoğlu, TCMB-də Ağbalın yerinə təyin edilib
Naci Ağbal, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şənbə gününün ilk saatlarında Rəsmi Qəzetdə dərc olunan fərmanı ilə vəzifəsindən azad edilib, Şahap Kavcıoğlu TCMB-nin sədri təyin edilib.
TCMB-nin yeni sədri Şahap Kavcıoğlu ilk açıqlamasında inflyasiyada qalıcı bir azalma əldə etməyi hədəflədiyini vurğulamışdı.