azia.az
azia.az

Uzun müddət izlədi sonra məhv etdi: Türk kəşfiyyatından uğurlu əməliyyat

7-12-2021, 17:37

Uzun müddət izlədi sonra məhv etdi: Türk kəşfiyyatından uğurlu əməliyyat
PKK-nın sözdə Kap-Riha əyalətinin cavabdehi “Rubar” kod adlı terrorçu Fərhad Tunc öldürülüb.

Kanal.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Nazir qeyd edib ki, əməliyyatı təhlükəsizlik, kəşfiyyat və aviasiya qurumları birgə həyata keçirib.

Məlumata görə, terrorçunun Şanlıurfanın Bozova qəsəbəsinin Hacılar kəndində olduğu müəyyən edilib və dərhal əməliyyata başlanılıb. Terrorçu təhlükəsizlik qüvvələrinin “təslim ol” çağırışına silahla cavab verib. Bundan sonra Fərhat Tunc öldürülüb. Əməliyyat zamanı 1 tapança, 2 ədəd əl bombası, ləvazimatlar və sənədlər ələ keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi