azia.az
azia.az

İranlı terrorçu və bölgə lideri məhv edildi - Nazir açıqladı

9-04-2017, 22:41

İranlı terrorçu və bölgə lideri məhv edildi - Nazir açıqladı

Diyarbəkirin Viranşehir məhəlləsində törədilən teraktın koordinasiyasını quran terrorçu öldürülüb.

azia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Övladlarımız Mardin Savurda 7 terrorçunu məhv edib. Bir əsgərimiz isə yüngül yaralanıb. Öldürülənlər arasında Viranşehir partlayışının koordinasiyasını həyata keçirən və bölgə lideri də var. Terrorçulardan biri də çox güman ki, iranlıdır. Yenə də vurğulamaq istəyirəm ki, terrorizmə qarşı fəaliyyətimiz qəti şəkildə davam etdiriləcək”, - nazir əlavə edib.

Xatırladaq ki, təxminən 2 ay əvvəl Viranşehir məhəlləsində kamikadzenin partlayış törətməsi nəticəsində 2 dinc sakin həlak olmuş, 15-dən çoxu isə yaralanmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi