azia.az
azia.az

Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı

6-12-2021, 09:19

Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini “lənətə gəlmiş axmaq” adlandırıb.

Xəbər verilir ki, O, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.

“50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?”, – deyə Tramp bildirib.

Eks-prezident bəyan edib ki, indi Rusiya və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi