Tramp 2018-ci ildə 479 milyon dollar gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə 479 milyon dollar gəlir əldə edib.
Trend-in məlumatına görə, bu barədə qeyri-hökümət təşkilatı - Hökumət Etikası İdarəsi tərəfindən yayılan dövlət başçısının illik maliyyə çıxarışında deyilir.
Sənəddə vurğulanır ki, prezident ildə 400 min dollar maaş alır və bir il ərzində 479 milyon dollar qazanıb.
Qeyd edək ki, D.Tramp daha əvvəl onun sərvətinin 10 milyard dollardan artıq olduğunu bildirib.