Nazarbayev TARİXİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: Qorbaçov Yeltsinə dedi ki...
Keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovla Rusiyanın eks-prezidenti Boris Yeltsin arasında Belovejsk sazişinin imzalanmasından sonra baş verən mübahisənin səbəbi məlum olub.
"Azia.az" publika.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nailə Əsgərzadənin “Birliksiz 30 il” filmində danışıb.
Nazarbayev xatırladıb ki, o, Yeltsindən Belovejskə səfər etmək və Sovet İttifaqının dağılması ilə bağlı müqavilə imzalamaq dəvətini alıb, lakin bunu rədd edib. Əvəzində ertəsi gün Moskvaya gedib və orada Qorbaçovla görüşməyə çalışıb.
"Səhər təyin olunmuş vaxtda gəldim, oturdum, danışdım, bir müddət sonra Yeltsin içəri girdi. Qorbaçov ona dedi: "Yaxşı, sən nə etmisən? Nə istəyirsən? Bəs nüvə silahının taleyi necə olacaq? Birləşmiş silahlı qüvvələrin taleyi necə olacaq?" Yeltsin yerindən sıçradı və dedi: "Mənim üçün dindirmə təşkil edirsən?" Qorbaçov isə həmin an "Dindirməni mən təşkil etmirəm, soruşuram, cavab ver" dedi. Yeltsin "Mən sizə cavab vermək fikrində deyiləm" - deyə cavab verdi" - Nazarbayev xatırladıb.
Qazaxıstanın keçmiş liderinin sözlərinə görə, Qorbaçov Yeltsinə xatırladıb ki, o, hələ də Sovet İttifaqının rəhbəridir. Yeltsin bununla razılaşıb, lakin sonra elan edib ki, tezliklə Qorbaçovun kreslosuna məhz o oturacaq: "Sonra yüksək tonda danışıq, söyüşlər oldu".