azia.az
azia.az

"Taliban" İranın məntəqələrini ələ keçirdi - Şiddətli atışma

3-12-2021, 08:53

"Taliban" İranın məntəqələrini ələ keçirdi - Şiddətli atışma
İran sərhədçiləri ilə Taliban döyüşçüləri arasında atışma baş verib.

Azia.az xəbər verir ki, bu barədə ilk məlumatı “Aamaj Nyus” yayıb. Toqquşma səbəbi açıqlanmasa da, İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin Talibanın nəzarətinə keçdiyi vurğulanıb.

“Etimad” nəşri isə artıq İran sərhədçiləri ilə Taliban hərəkatı arasında atışmanın dayandığını yazıb. Bildirilib ki, toqquşma zamanı bir-birinə artilleriya zərbələri də endirilib.


Taliban Əfqanıstan-İran sərhədində toqquşma olduğunu və hazırda atəşin dayandırıldığını təsdiqləyib. Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim "Tolo Nyus" kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib.

İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib.

İran tərəfinin iddiasına görə, atışmanı Taliban başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda "yanlış təəssürat" olub.

Tehran sərhəd-keçid məntəqələrinin Talibanın nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi