Əfsanəvi komandirin oğlu "Taliban"ı məğlub etdi: Pəncşir uğrunda İLK DÖYÜŞ
Əfqanıstanın Pəncşir əyaləti yaxınlığında “Pəncşir vadisinin döyüşçüləri” adlı dəstə ilə “Taliban” arasında şiddətli toqquşma baş verib.
Azia.az xəbər verir ki, toqquşma zamanı “Taliban” məğlub olub. Onlar 15-ə qədər itki veriblər. 50 yaralı var.
Qeyd edək ki, Pəncşir “Taliban”a tabe olmayan tək vilayətdir. Vilayətdəki döyüşçülərə tanınmış komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. Pəncşir SSRİ-yə qarşı mübarizə aparmasıyla da tanınıb.