azia.az
azia.az

Ərdoğan elan etdi: “3-4 aya həll olunacaq”

25-11-2021, 12:14

Ərdoğan elan etdi: “3-4 aya həll olunacaq”
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında gözlənilməz toplantı keçirib.

Azia.az xəbər verir ki, AKP-nin rəhbər heyətinin qatıldığı iclasda iqtisadiyyat və məzənnə artımı müzakirə olunub.

“Hürriyət”in məlumatına görə, iclasda faiz endirimlərində qərarlılığa vurğu edildiyi və izlənəcək yol xəritəsi ilə yüksək məzənnələrin qarşısının alınacağı bildirilib.

Vurğulanıb ki, dolların məzənnəsinin qəfil qalxması vətəndaşlara əsaslandırılmış şəkildə izah edilməlidir. İclasda dolların məzənnəsinin birdən-birə artmasının Türkiyəyə qarşı keçirilmiş süni əməliyyat olduğu, soyuqqanlılığın gözlənilməsinin vacibliyi də bildirilib. Bu prosesdə faiz dərəcələrindəki enişin davam etməsi ilə əlaqədar alqı-satqının sürətlənəcəyi və beləliklə, investisiyaların artacağı da deyilib.

“Milliyət”in verdiyi məlumata görə, Prezident Ərdoğan toplantıda aşağı faiz dərəcələrinin dolayı yolla istehsalı artıracağını və cari kəsirləri azaldacağını və bunun da ölkədə uzunmüddətli iqtisadi canlanmaya səbəb olacağını bildirib.

İclasda Türkiyənin yol ayrıcında olduğunu deyən Ərdoğan iqtisadiyyatda növbəti prosesin “investisiya – istehsal – artım – məşğulluq” tənliyi üzərində qurulacağına işarə edib. Toplantıda iqtisadi problemlərin 3-4 aya həll olunacağı da diqqətə çatdırılıb./teleqraf/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi