Türkiyədə növbədənkənar prezident seçkiləri OLACAQ? - Ərdoğan ELAN ETDİ
Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyununda olacaq. Azia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib. O, prezident seçkilərinin 6 aydan sonra keçiriləcəyi ilə bağlı məlumatları təkzib edərək, deyib ki, seçkilər 2023-cü ilin iyununda keçiriləcək.