azia.az
azia.az

Bu şəxs Ermənistan ordusunun bəlasına çevriləcək - İrəvanda nə baş verir?

16-11-2021, 13:27

Bu şəxs Ermənistan ordusunun bəlasına çevriləcək - İrəvanda nə baş verir?
"Ermənistanda müdafiə nazirləri və qərargah rəisləri o dərəcədə tez-tez dəyişir ki, biz onların sayını və adlarını unutmuşuq".

Bunu Azia.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Bu şəxs Ermənistan ordusunun bəlasına çevriləcək - İrəvanda nə baş verir?
Ekspert bildirib ki, əgər Ermənistan ordusu bu vaxta kimi az-çox nəzarət altında idisə, bu təyinatdan sonra Ermənistan ordusu bitdi:

"Konkret olaraq sonuncu təyinatla bağlı mən düşünürəm ki, bir az (Ötən gün Ermənistan müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın əvəzinə Suren Papikyan təyin edildi - red.) hadisələri geri çəkməliyik. 9 noyabrda Qaragöl istiqamətində baş verən insident və ondan sonra olan gərginliklər, yekunda isə Şuşada postumuza erməni terrorçunun qumbara atmasından sonra indiyə kimi də gərginlik davam edir. Birincisi elə bir təssürat yaranır ki, Ermənistan tərəfi bütün məsuliyyəti müdafiə nazirinin üzərinə yıxmaq istəyir. Sanki Qaragöl istiqamətindəki təxribat müdafiə nazirinin özünün təşəbbüsüdür. Burada həqiqət də ola bilər, çünki biz bilirik ki, artıq keçmiş müdafiə naziri Karapetyan həmin hadisə olan gündən bir neçə saat qabaq həmin istiqamətdə olub. İndi biz bilmirik onun tabeliçiyində olan korpus briqadanın komandirləri orada özünü nazirin qarşısında göstərmək istəyiblər, yoxsa nazir orada özünü kiminsə yanında göstərmək istədiyi üçün o göstərişi verib və 60 nəfər şəxsi heyətin mövqelərimizə doğru irəliləməyinə əmr veriblər?! Nəticəsi hamımıza bəllidir, mühasirədə qaldılar, alçalmış şəkildə geri qayıtdılar.

Yeni təyinatı şərh edərkən Nikol Paşinyan qeyd etmişdi ki, hazırda əsas məqsəd Ermənistanın mövcud olan çətin durumdan çıxışıdır. Onun "çıxış" dediyində nə nəzərdə tutulur, tam anlaya bilmirəm. Çünki keçmiş müdafiə naziri indiki təyinatla müqayisədə heç olmasa təcrübəli, sovet məktəbi də olsa illərin təcrübəsinə malik olan bir zabit idi. Suren Papikyan isə heç ümumiyyətlə komandir vəzifəsində də olmayıb, müdafiə sahəsində aidiyyatı yoxdur, QHT sektorundan gəlib və Sorosla bağlıdır. Belə bir təəssürat yaranır ki, bütün baş verən hadisələr sadəcə danışıqlar prosesi, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya deyil, eyni zamanda burada xarici siyasi faktorlardan çox daxili siyasi faktorlar da var.

Bu şəxs Ermənistan ordusunun bəlasına çevriləcək - İrəvanda nə baş verir?
Bundan başqa onu da qeyd etmək istərdim ki, bu gərginlik kadr dəyişiklikləri, terror aktına cəhd və s. bütün bu hadisələr Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın Avropa turnesi fonunda baş verir. Və konkret olaraq Şuşada qumbara atıldığı gün Ararat Mirzoyan Qərbdə - Fransada idi. Hazırda sülh prosesinə, vasitəçilərə, Azərbaycana, Türkiyəyə, o cümlədən sülhməramlılara qarşı ən radikal, ən barışmaz mövqedən Ermənistanda çıxış edənlər Qərbpərəst qüvvələrdir. Biz indi onu qeyd etmək istəmirik ki, Rusiya yaxşıdır, Qərb pisdir, yaxud Qərb yaxşıdır, Türkiyə psidir. Burada yaxşıdan, pisdən söhbət getmir. Söhbət ondan gedir ki, vasitəçilərin səyləri nəticəsində 9 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs imzalanmışdı və başlıca vasitəçi Moskva idi, təbii ki, Ankaranın dəstəyi ilə. Bu, müəyyən qüvvələri narahat edir. Həm Ermənistanın daxilində, - hansılar ki, müharibənin ümumi nəticəsi ilə razı deyillər, - həmçinin də xarici qüvvələrlə bağlı olan siyasi qütblər: Misal üçün Milli Demokratik Qütb ən barışmaz, ən radikal mövqedədir. Onların da arxasında Paris və Fransa dayanır.

Yəni məsələ ondan ibarətdir ki, hazırda Ermənistan "falsted"ə çevrilib. Və ən böyük problem də budur. Yəni bu ölkədən hazırda hər şey gözləmək olar. Çünki hökümət konkret olaraq orada vəziyyətə nəzarət etmir və bu təyinatlarla heç də demək deyil ki, nəzarəti əlinə keçirmək istəyir. Sizi inandırım ki, əgər Ermənistan ordusu bu vaxta kimi az-çox nəzarət altında idisə, bu təyinatdan sonra Ermənistan ordusu bitdi, buna əmin ola bilərsiniz.

Bu şəxs Ermənistan ordusunun bəlasına çevriləcək - İrəvanda nə baş verir?
Nəhayət, uzun müddət Moldovada yaşayan Ernest Vardanyan adlı bir siyasi şərhçi var, Qərbpərəstdir. Bu adam bu yaxınlarda yazdığı statusların birində açıq-aydın təklif etdi ki, Ermənistan müstəqillikdən imtina etsin, ABŞ-ın, yaxud da Fransanın protektaratına daxil olsun. Yəni bu, sözün bitdiyi andır. Bu insanlar müharibənin nəticələrini o dərəcədə həzm edə bilmirlər ki, onun naminə hətta müstəqillikdən də belə imtina etməyə hazırdırlar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi