Saakaşvili bu gün məhkəmə qarşısına çıxarılacaq
Gürcüstanınn həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Tiflis şəhər məhkəməsində bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək istəyir və bunun üçün bütün prosessual əsaslar mövcuddur.
"Azia.az " xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Beka Basiliya deyib. Vəkilinin sözlərinə görə, məhkəmədən bununla bağlı məhkuma sorğu göndərilib.
O bildirib ki, məhkəmə saat 11:00-da baş tutacaq.
Qeyd edək ki, eks-prezident M.Saakaşvili dövlət büdcəsinin mənimsənilməsində ittiham edilir.