Dünyada ilk dəfə 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndi məcburi oldu
Kosta Rika dünyada 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndini məcburi edən ilk ölkə olub.![]()
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib.
Qeyd edilir ki, müvafiq qərar uşaqların və yeniyetmələrin yüksək maraqları prinsipinə uyğun olaraq tətbiq edilib.
Aydınlaşdırılır ki, 2021-ci ilin mart ayından ölkədə COVID-19-a qarşı peyvəndlər əhali üçün rəsmi əsas peyvənd sxeminin bir hissəsinə çevrilib. Bu siyahıya həmçinin suçiçəyi, poliomielit və insan papilloma virusuna (HPV) qarşı peyvəndlər daxildir.
Eyni zamanda vurğulanır ki, noyabrın 2-nə olan məlumata görə, 12-19 yaş arası əhalinin 73%-i artıq koronavirus peyvəndinin azı bir dozasını qəbul edib.(oxu.az)