ÜST uşaqlara vaksin vurulmasını tövsiyə edirmi? (AÇIQLAMA)
"ÜST yalnız sübutlar mövcud olduğu təqdirdə aşağı yaş qrupuna görə peyvəndləməni tövsiyə edəcək”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, 8 avqust tarixinə olan məlumata əsasən, "Pfizer” peyvəndi ilə bağlı sübutlar yalnız 12 yaşdan yuxarı uşaqlar üçün mövcuddur. Əlavə sübutları əldə etdikdən sonra bunu nəzərdən keçirəcəyik:
"Avropa Dərman Agentliyinin insanlara aid dərmanlar komitəsi (CHMP), Spikevax (əvvəlki adı Moderna) adlı COVID-19 peyvəndinin 12-17 yaş arası uşaqlar üçün istifadəsini tövsiyə edib. Qeyd edək ki, peyvəndin artıq 18 yaşdan yuxarı insanlarda istifadəsi üçün icazə verilib. Baxmayaraq ki, uşaqların COVID-19 infeksiyası/xəstəliyindən ağır xəstələnmə və ya xəstəxanaya yerləşdirilmə ehtimalı daha azdır, mövcud sübutlar yanaşı xəstəliyi olan uşaqların SARS COV2 infeksiyasından ağır xəstələnmə riskinin artdığını göstərir. Uşaqlarda peyvəndləmənin faydalarını və risklərini tam başa düşmək üçün SARS CoV-2 infeksiyasının qısa və uzunmüddətli təsirləri və uşaqlarda peyvəndlərin təhlükəsizlik profilinə dair daha çox sübuta ehtiyac var”.